Тяхмини тявгим тематик план



Yüklə 1,34 Mb.
səhifə38/47
tarix22.04.2023
ölçüsü1,34 Mb.
#101567
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   47
pedaqoji psixologiyadan mühazirə kursu-2011.02 (2)

Həqiqi konflikt. Obyektiv mövcud olan və adekvat şəkildə qavranılan

konfliktlər;

bilməyəcəyi dərəcədə dəyişilməsindən asılıdır;

  • Qarışıq konfliktlər. Belə formalı latent konfliktlər “açıq konflikt”

formasına keçir;

  • Düzgün olmayan konfliktlər. Bu konflikt iştirakçılar tərəfindən yanlış anlaşılma nəticəsində meydana gəlir (məsələn, valideynlər uşaqları danlayır ki, onların göstərişlərinə məcburən əməl etsinlər).

  • Latent (gizli) konfliktlər. Bu konflikt “sanki baş verməlidir”. Lakin hələ bu konfliktin yaranma səbəbləri tərəflərə məlum deyil;

  • Yanlış konfliktlər. Belə konfliktlər üçün “obyektiv əsaslar” olmadıqda yanlış qavrama və anlama nəticəsində də meydana çıxır.

Psxoloqların fikrincə, konfliktlərin təsnifatı üçün aşağıdakı üç əlamətin təzahürü vacibdir:

  1. Obyektiv konfliktli situasiyanın mövcud olması;

  2. Situasiyanın dərk olunması faktı;

  3. Dərk etmənin adekvat olması.

Digər təsnifatların əsasında konfliktlərin mənbəyi olan konfliktli qarşılıqlı təsirin səciyyəsi durur. Buna uyğun olaraq konfliktlərin 4 tipini fərqləndirirlər: şəxsiyyətdaxili, şəxsiyyətlərarası, qrupdaxili və qruplararası konfliktlər.
Şəxsiyyətdaxili konflikt - şəxsiyyətin fikirlərində müxtəlif mövqelərin olmasıdır. Məsələn, “istəyirəm” və “lazımdır” arasındakı konflikt, “istəyirəm” və “istəmirəm” arasındakı konflikt və ya özünütəyin, özünütəkşilləşdirmə konflikti, özünü və digərlərini qiymətləndirmə arasında olan konflikt və s.
Daxili konflikt həmişə bu və ya digər xarici şəraitlə əlaqədar olur. Daxili konfliktlər xarici şəraitin təsirilə yaranaraq insanın davranışında, hərəkətlərində və emosional vəziyyətində təzahür edir. Bu konfliktlər daha çox yeniyetmə yaşında özünü göstərir.
Insanın həyatının sonrakı yaş dövrlərində həyati dəyişikliklər səbəbindən istənilən situasiyalarda bu konfliktlər meydana çıxır. Məsələn, ünsiyyətcil insan həmfikirləri ilə ümumi dil tapa bilmir, əlaçı tələbə işin öhdəsindən gələ bilmir və s.
Psixoloji tədqiqatlar göstərir ki, heç də hamı öz konfliktini müstəqil həll edə bilmir. Bu zaman insanların böyük əksəriyyətinə diqqətli, mehriban dost, bəzilərinə isə mütəxəssis lazım olur.
Şəxsiyyətlərarası konfliktlər insanlar arasındakı konfliktdir və insanların bir-biri ilə təmasda və münasibətdə olduğu bütün sahələrdə meydana çıxır.
Məktəbdə bu konflikt müəllim və şagird, müəllim və müəllim, müəllim və valideyn(lər), şagirdlər, valideynlər və uşaqlar arasındakı konfliktdir.
Bununla belə pedaqoji prosesdə qrupdaxili konflikt də baş verir. Qrupdaxili konflikt qrup daxilindəki şəxslər arasında baş verir. Buna şagirdlərlə onun sinif yoldaşları arasında ümumi qrup dəyərləri ilə uyğunlaşmadığına görə yaranan konflikti misal göstərmək olar.
Qruplararası konfliktdə konfliktli qarşılıqlı təsir iştirakçıları rolunda qruplar çıxış edir.
Pedaqoji və psixoloji ədəbiyyatda pedaqoji konfliktlərin 3 qrupunu ayırd edirlər:


  1. Yüklə 1,34 Mb.

    Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin