Ədəbiyyat. Ə.S.Bayramov. Etnik psixologiya.Bakı,2001.
Ə.S.Bayramov. Etnik psixoloji məsələlər.Bakı,1996.
Ə.S.Bayramov. Psixoloji düşüncələr.Bakı,1994.
R.İ.Əliyev. Şəxsiyyət və onun formalaşmasının etnopsixoloji əsasları. Bakı, 2000.
Əlizadə Ə.Ə. Etnik psixologiyaya giriş. Bakı, 2004
Əliyev R.I. Etnopsixologiya: qloballaşma və millilik. Bakı, 2007
Стефаненко Т.Г. Этнопсихология. М., 1999
Sual 1.XX əsrin ikinci yarısıda etnik dirçəliş.
a)Müasir dövrün etnik paradoksu. XX əsrin 60-70-ci illərindən başlayaraq düny miqyasında milyonlarla insanın özlərinin konkret etnosa mənsubiyyətini dərk etməsi – milli özünüdərk və ya psixoloji termin kimi desək, etnikk identiklik prosesi ilə bağlı, xalqların özünəməxsusluqlarını qorumaq, öz məişət mədəniyyətlərini və psixoloji quruluşlarını xüsusi vurğulamaq səylərini xarakterizə edən proseslər nəzərə çarpmağa başladı.
Əksər ölkələrin əhalisini əhatə edən bu hadisə ilk əvvəl hətta müasirliyin etnik paradoksu adını da aldı. Belə ki, o, maddi və mənəvi mədəniyyətin yüksələn bütün unifikasiyasına paralel olaraq inkişaf edir. Lakin müasir dövrdə etnik dirçəliş XX əsrin ikinci yarısında bəşəriyyətin inkişafının əsas əlamətlərindən biri kimi nəzərdən keçirilir. Öz köklərində olan maraq ayrı-ayrı insanlarda və xalqlarda çox müxtəlif formalarda təzahür edir: qədim adət-ənənələrin canlandırılması, peşəkar mədəniyyətin folklorlaşdırılmasından, “sirli xalq ruhunun” axtarışından tutmuş, ta öz milli dövlətçiliklərinin yaradılması, yaxud bərpa edilməsi formaları kimi.
Bu maraqlar digər xalqların maraqları ilə toqquşduqda etnoslararası gərginlik yaranır. Belə problemlər müharibələrlə də nəticələnmişdir. 90-cı illərdə keçmiş Yaponiyada serblər və xorvatların, Afrika dövlətləri Burundi və Ruandidə xalqların toqquşmalarını misal gətirmək olar.
Bütün dünyada əksər elmlərin nümayəndələri otuz ildən artıq bir dövrdə etnik dirçəlişi öyrənirsə, keçmiş SSR-də, yenidənqurma dövrünə qədər aparılan araşdırmalara inansaq, əks proses getmişdir: milli birliklər nəinki inkaşf etmiş, həm də yaxınlaşmışlar, milli məsələ isə tamamilə həll olunmuşdur. Əslində bu, ölkədə situasiya dünyadakı hadisələrin gedişatından kəskin fərqlənmirdi, etnik identiklik və etnik həmrəyliyin yüksəlişi müşahidə olunurdu.
Biz SSR məkanında əksər xalqların etnik həmrəyliyinin rtmasının qeyri-psixoloji səbəblərinin üzərində çox dayanmayacağıq. SSR-nin süqutundan sxeyli əvvəl bir çox etnoslar mövcud vəziyyəti qeyri-qanuni hesab edərək özlərini müəyyənləşdirməyə çalışırdılar. Bir çox regionlarda milli gərginlik yarandı, kütləvi çıxışlar baş verdi: məsələn, 70-80-ci illərdə Gürcüstanda, Abxaziyada, Şimali Osetiyada, Yakutiyada belə çıxışlar oldu. Lakin onlar yalnız mütəxəssislərə məlum idi. Etnoqraflar və sosioloqlar SSRİ ərazisində hər an partlamağa hazır olan millətlərarası gərginliklərin mövcud olduğunu bilirdilər. Bilirdilər ki, Abxaziyada, Dağlıq Qarabağda, Şimali Osetiyada və s. ərazilərdə bu gərginlik var və günbəgün artır. Nəhayət, 80-ci illərin sonundakı böhran hər kəsi çaşdırdı. Yalnız dövlət strukturları deyil, millətin çiçəklənməsi və yaxınlaşmasını göstərən faktları toplyan mütəxəssislər də bu vəziyyətə hazırlıqsız idilər. Vəziyyətə hazırlıqsız olan mütəxəssislər arasında psixoloqlar da var idi. Səbəb isə artıq 30-cu illərdən bəri etnik psixologiya sahəsində tədqiqatların aparılmasının qadağan olunması idi.
Əgər müasir insanın həyatında müəyyən millətə mənsubluğun dərk olunması, onun xüsusiyyətlərinin , eyni zamanda, psixi xüsusiyyətlərinin axtarışı bu qədər mühüm rol oynayırsa və insanlararası münasibətlərə bu qədər ciddi təsir göstərirsə, deməli, etnik amilin psixoloji aspektlərinin öyrənilməsi zəruridir.