Ix mövzu. Etnik konfliktlər və onların törənmə səbəbləri haqqında. Plan


b)Müasir dünyada etnik identikliyin artmasının psixoloji səbəbləri



Yüklə 58,23 Kb.
səhifə2/6
tarix05.12.2023
ölçüsü58,23 Kb.
#173459
1   2   3   4   5   6
Movzu 9

b)Müasir dünyada etnik identikliyin artmasının psixoloji səbəbləri. Dünya elmində XX əsrin II yarısındakı etnik dirçəlişi izah edən bir neçə konsepsiya mövcuddur. Müxtəlif sosioloji məktəblər etnik identikliyin yüksəlişini müxtəlif cür də izah edirdilər. Konsepsiyaların hər birində etnos iqtisadi və siyasi rifahı təmin etməli olan qrup kimi nəzərdən keçirilir.
Psixoloq üçün isə etnos hər bir insan üçün vacib funksiyaları yerinə yetirən psixoloji birlikdir. Burada psixoloqu aşağıdakılar maraqlandırır:

  1. Nisbətən ardıcıl informasiya vasitəsilə ətraf aləmə oriyentasiyanı təmin etmək;

  2. Ümumi həyat dəyərləri formalaşdırmaq;

  3. Müdafiə funksiyası, yalnız sosial deyil, fiziki təhlükəsizliyi təmin etmək.

İnsan həmişə özünü “biz”in tərkib hissəsi kimi hiss etməyə tələbat duyur və etnos insanın həyatda dəstək axtardığı yeganə qrup deyil. Onlara peşəkar birlikləri, partiyanı, qeyri-rəsmi gənclər təşkilatlarını və s. misal göstərmək olar. Bir çox insanlar özlərini bu qruplardan birinə həsr edir. Lakin üzvlük heç də həmişə onların psixoloji sabitlik tələbatının ödənilməsini təmin etmir. Çünki bu qrupların tərkibi daima dəyişilir, yenilənir, onların mövcudluğu zaman baxımından məhduddur, insanın özünü hər hansısa bir səbbədən qrupdan xaric edə bilərlər. Etnik birliklər isə bütün bu çatışmazlıqlardan məhrumdur. O, nəsillərarası qrupdur, zaman baxımından davamlıdır, onun üçün tərkibin sabitliyi xarkterikdir, onun üzvü olan hər bir insan isə davamlı etnik statusa malikdir, onu etnosdan “çıxarmaq” mümkün deyil. Bu xüsusiyyətlər sayəsində etnos insan üçün etibarlı dəstək qrupudur.
Əlbəttə, etnik qruplardan başqa, digər sabit böyük qruplar da mövcuddur. Onlar bəşəriyyətin inkişafının ilkin mərhələlərində daha çox olmuşlar. Ənənəvi cəmiyyətlərdə dəyər-oriyentasiya və müdafiə funksiyasını müasir etnoslardan da yaxşı yerinə yetirən qruplar var. Onlardan alınan informasiya nəinki eyninövlü və ardıcıldır, eyni zamanda, birmənalı olaraq insanı doğumundan ölənə qədər müşayiət edən ənənələrin yerinə yetirilməsini nəzərdə tutur.
Əcdadlara və ənənələrə əsaslanan belə qrupları, mədəniyyətləri amerikan etnoloqu Marqaret Mid postfiqurativ adlandırmışdır. Midə görə, “Postfiqurativ mədəniyyət – dəyişikliklərin o qədər ləng və nəzərə çarpmadan getdiyi elə mədəniyyətdir ki, burada babalar nəvələri üçün öz keçmişlərindən fərqli gələcək düşünə bilmirlər. Yaşlıların keçmişi hər yeni nəslin gələcəyi hesab olunur. Bu mədəniyyəti qoruyub saxlamaq üçün yaşlılar yalnız insanları aclıq zamanı yeni ərazilərə aparmaq üçün deyil, həm də artıq formalaşmış həyat tərzini olduğu kimi qorumaq üçün lazımdır. “Məm kiməm? Öz mədəniyyətimin nümayəndəsi kimi mənim həyatımın mənası nədən ibarətdir? Necə danışmalı, hərəkət etməli, yeməli, yatmalı, sevməli, ölümü qarşılamalıyam?” kimi suallar cavabları əvvəlcədən müəyyənləşdirilmiş suallar hesab olunur”.
Ənənələrə belə bağlılıq və dünyanın sabit dəyişməyən şəkli müasir etnik birliklər üçün xarakterik deyil, onların mədəniyyətinin birçox elementləri sıradan çıxır – məişət fəaliyyəti, həyat tərzi, yemək mədəniyyəti, incəsənət beynəlxalqlaşır. Etnoslar ənənələrdən əhəmiyyətli dərəcədə qopurlar, əcdadların davranışı qrup üzvləri tərəfindən artıq model kimi nəzərdən keçirilmir. Midin terminologiyasına görə, bunlar “insanların aparıcı davranış modelinin onların müasirlərinin davranışı olduğu” kofiqurativ mədəniyyətlərdir. Lakin nəsillərin kəskin fərqi baş vermir, həmişə insanların özlərinin konkret etnik birliyə mənsubiyyətini dərk etməsini təmin edən mədəniyyət qatları qalır: dil, din, əcdadlar haqqında əfsanələr, tarixi yaddaş və s.
Bunlarla yanaşı, amerikan tədqiqatçı nə əcdadların, nə də müasirlərin deyil, məhz uşağın özünün öz məişət məsələlərinin mahiyyətini müəyyənləşdirdiyi prefiqurativ mədəniyyətləri də fərqləndirmişdir. (sadələşdirsək, postfiqurativ tip mədəniyyətdə - uşaqlar öz sələflərindən, kofiqurativ tip mədəniyyətdə - uşaqlar da, böyüklər də yaşıdlarından, müasirlərindən və prefiqurativ tip mədəniyyətdə - böyüklər öz uşaqlarından öyrənir). Burada böyüklər gənclərin həyatında öz həyat təcrübələrinin təkrarlanmasını görmürlər, valideynlərin həyatı uşaqlar üçün model kimi çıxış etmir, nəsillərin kəskin fərqlənməsi baş verir.

Yüklə 58,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin