Pedaqoji ünsiyyətin ikinci mərhələsi. Bu mərhələ müəllimin təşəbbüsü ilə bilavasitə ünsiyyətin təşkilini nəzərdə tutur. Pedaqoji ünsiyyət prosesinin ikinci mərhələsinin vacib tərəfi müəllimin şagirdlərin diqqətini özünə cəlb etməsidir. Çünki siniflə ünsiyyət o zaman efektiv olur ki, şagirdlərin diqqəti müəllimdə mərkəzləşir.
Diqqətin cəlb olunmasının bir sıra üsulları ayırd edilmişdir:
Səsli üsul– fasilə, intonasiyanın dəyişməsi, danışığa şagirdlərin ad və soyadının daxil edilməsi, sükut və s..
Mimik və pantomimiküsul – gözlərlə danışmaq, başı yırğalamaq, qaşqabağını tökmək, ağızın vəziyyətini dəyişmək, çiyinləri sıxmaq; qələmlə taqqıldatmaq, şagirdi barmaqla hədələmək, yanından keçmək, başını və ya çiyinlərini ona tərəf çevirmək və s.
Nitqli üsul – müəllimin yazıdakı, danışıqdakı səhvlərə xüsusi düzəliş verməsi, istənilən çalarda zarafatları və s.
Təşkilati üsul– dərsi maraqlı, oyun formasında təşkil etmək (xüsusilə də, ibtidai məktədə və kiçik məktəblilərdə). Böyük yeniyetmələr üçün əldə edilən biliklərin səmərəliliyinin və tətbiqinin nəzərə almaq zəruridir. Böyük məktəblilər üçün gələcək həyatla əlaqə yaratmaq, istənilən yaşda fəaliyyəti dəyişmək, işin optimal tempi, stimul vermək (məsələn, işi tez və yaxşı icra edənləri xüsusi mükafatlandırmaq, ancaq öz vədinin unutmamaq şərtilə), birgə fəaliyyətin müxtəlif növlərini təşkil etmək, təlimin aktiv metodlarından istifadə, sosial mövqelərin əvəz olunmasına imkan yaratmaq (dərsdə təkcə şagirdlərin deyil, digər müəllimlərin, qonaqların, direktorun və s. iştirak etməsi) və s. olduqca vacibdir.
Pedaqoji ünsiyyətin üçüncü mərhələsi.Bu mərhələ ünsiyyətin idarə olunması mərhələsidir. Ünsiyyətin idarə olunmasının başlıca şərti müəllimin strateji və taktik tapşırıqları həll etməyə: əsas prosesləri təmin etməyə, emosional atmosfer yaratmağa imkan verən təşəbbüskarlığıdır. V.A.Kan-Kalik qeyd edir ki, ünsiyyətdə təşəbbüskarlığa nail olmaq üçün aşağıdakı şərtlərə əməl etmək lazımdır:
- Siniflə ilkin əlaqənin qurulmasında operativlik;
- Təşkilati prosedurlardan (salamlaşma, əyəşdirmək və s.) işgüzar və şəxsi ünsiyyətə operativ keçid;
- Qarşılıqlı təsirin əvvəlində təşkilati və məzmun məqamları arasında aralıq zonanın olmaması;
- Sinifdə sosial-psixoloji vahidliyin operativ şəkildə əldə olunması, “biz” hissinin yaradılması;
- Hər bir şagirdə olan münasibətlərdə stereotip və neqativ situativ ustanovkalardan uzaqlaşma;
- Bütün siniflə məqsədyönlü əlaqənin təşkili;
- Sinfi bir yerə toplamağa imkan verən ilkin qarşılıqlı təsir məqamında sual və tapşırıqlar qoymaq;
- Məhdudlaşdırıcı pedaqoji tələbləri sıxışdırmaq və pozitiv-yönəlişli tələblərin çoxaltmaq;
- Xarici görünüşə diqqət etmək: səliqəlilik, intizamlılıq, yığcamlıq, aktivlik, xeyirxahlıq, cazibədarlıq və s.;
- Qarşılıqlı təsirin verbal və qeyri-verbal vasitələrindən istifadə etmək (mimika və mikromimikanın; göz kontaktının aktivliyi);
- Sinifdə uşaqların rəğbətini qazanmaq bacarığı, mehribanlıq;
- Fəaliyyətin aydın, cəzbedici məqsədinin və ona nail olma yollarının tapmaq;
- Şagirdlərin daxili əhval-ruhiyyələrinin situativ olaraq anlaşılması, bu vəziyyətlərin nəzərə alınması, bunun anlaşıldığının uşaqlara çatdırmaq;
- Ümumi və situativ qarşılıqlı anlamaya nail olmaq, şagirdlərdə müəllimlə qarşılıqlı təsirə olan tələbatın formalaşması.
Müəllimin tərbiyə olunanlarla bilavasitə ünsiyyət yaratması prosesində tez-tez “psixoloji baryerlər” əmələ gəlir ki, bunlar da ünsiyyətə mane olur və dərsin gedişinə mənfi təsir göstərir, müəllim və şagirdlərdə mənfi əhval-ruhiyyə yaradır. Onlar, bir qayda olaraq, gizli surətdə və müəllimin düzgün başa düşülməməsi nəticəsində əmələ gəlir. Şagirdlər bu vəziyyəti dərhal başa düşürlər. Əgər bu “baryer” getdikcə möhkəmlənərsə, onda bu, müəllimin özünü diskomfort hiss etməsinə, həyəcanlılığa və nervoza gətirib çıxarar.
Əgər bu vəziyyət sabit qalarsa, onda bu, müəllimin şagirdlərlə pedaqoji ünsiyyətinə mane olar. Bununla əlaqədar olaraq, bir çox hallarda təlim və tərbiyənin yeni metodlarını deyil, artıq məlum olan kommunikativ metodları axtarmağa tətbiq etmək lazım gəlir.