Тяхмини тявгим тематик план


Pedaqoji ünsiyyətin mərhələləri



Yüklə 1,34 Mb.
səhifə34/47
tarix22.04.2023
ölçüsü1,34 Mb.
#101567
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   47
pedaqoji psixologiyadan mühazirə kursu-2011.02 (2)

Pedaqoji ünsiyyətin mərhələləri. Pedaqoji ünsiyyət məntiqi pedaqoji prosesə uyğun dinamikaya malikdir. Onun mərhələləri aşağıdakılardır:
-Dərsə hazırlıq zamanı ünsiyyətin modelləşdirilməsi (proqnostik mərhələ);
-Ünsiyyətin bilavasitə təşkili (ünsiyyətin ilkin mərhələsi) – “kommunikativ cəhdlər”;
- Pedaqoji prosesdə ünsiyyətin idarə olunması;
Ünsiyyət texnologiyalarının təhlili və yeni pedaqoji məsələlərin həllinin modelləşdirilməsi.
Pedaqoji ünsiyyətin birinci mərhələsi onun modelləşdirilməsi adlanır. Qarşılıqlı təsirin kommunikativ strukturlarının, adekvat pedaqoji məsələlərin, mürəkkəb situasiyaların, müəllimin fərdiliyinin, ayrı-ayrı şagirdlərin və bütövlükdə sinfin xüsusiyyətlərinin özünəməxsus şəkildə planlaşdırılması ilə müşaiyət olunan mərhələdir.
Qabaqcadan modelləşdirmə müəllimə qarşılıqlı təsirin ehtimali sxemini əvvəlcədən görməyə imkan verir. Bundan başqa, bu mərhələdə pedaqoji məsələlərin kommunikativ məsələlərə keçidi baş verir, onların pedaqoji qarşılıqlı təsirin məqsədinin səmərəli şəkildə gerçəkləşməsini təmin edən uyğunluğuna nail olunur.
Psixoloji iqlimi qabaqcadan görə bilmənin mümkünlüyü ünsiyyətin modelləşdirilməsinin vacib elementidir. Məsələn, dərsdə qarşılıqlı təsir prosesində təhsil subyektlərinin emosional adaptasiyasına nail olma vasitələrinin seçilməsi. Bu da öz növbəsində qarşılıqlı təsirin özünəməxsus pedaqoji aspektlərini müəyyən edir, müəllimin öz kommunikativ davranışını və emosional vəziyyətini nümayiş etdirməsinə kömək edir.
V.A.Kan-Kalik müəllimin dərsə kommunikativ hazırlığını pedaqoji ünsiyyətin vacib elementi hesab edərək onun yerinə yetirilmə texnologiyalarını işləyib hazırlamışdır. O, aşağıdakı tövsiyələri irəli sürmüşdür:
- Dərs deyiləcək sinif və ya sinif kollektivlərini yada salmaq;
- Verilmiş kollektivdə ünsiyyət təcrübəsi toplamağa təşəbbüs göstərmək, siniflə ünsiyyət zamanı müsbət emosiyaları inkişaf etdirməyə, mənfi emosiyaları isə məhdudlaşdırmağa cəhd etmək;
- Hansı sinifdə hansı tip ünsiyyətin lazım olduğunu aydınlaşdırmaq;
- Sinfin sizi və dərs materialını necə qavradığını görməyə cəhd göstərmək;
- Ünsiyyət tərzini sinfə, bugünkü dərsin tapşırıqlarına (öyrədici, inkişafetdirici, tərbiyəedici) uyğunlaşdırmaq, onların vahidliyini təmin etməyə çalışmaq;
- Konspekt əsasında işləyərək, dərsin hissə və fraqmentlərini planlaşdırmaq, onların gerçəkləşdirilməsini ümumi psixoloji atmosferini təşkil etmək;
- Ayrı-ayrı şagirdlərlə qarşılıqlı münasibətlərini aydınlaşdırmaq, uşaqlarla münasibət qurarkən stereotiplərdən, psixoloji yönəlişdən (ustanovkalardan) uzaqlaşmaq;
- Dərsdə ünsiyyət atmosferini duymağa təşəbbüs göstərmək. Bu, müəllimi daha da qətiyyətli edir.
İ.F.Demidov müəllimlərin ünsiyyətə hazırlığı üçün aşağıdakı tövsiyələri irəli sürür:
- Qarşıdakı siniflə ünsiyyət yönəlişliyi həmişə optimist olmalıdır;
- Uşaqlarla ünsiyyətdə neqativ ustanovkaların yaranmasına yol verməmək;
- Siniflə ünsiyyətin gedişində emosiyaların məhdudlaşdırılmasına səy göstərmək;
- Uzun müddət işlətdiyi belə ünsiyyət ustanovkalarını yeniləşdirməyə çalışmaq.
Şagirdlərlə ünsiyyət qurarkən düzgün yönəlişliyi (ustanovkanı) yaratmağın yolları aşağıdakı kimi xarakterizə olunur:
- Uşaqlarla ünsiyyətdəki səmimilik;
- Onları qarşıdakı vacib ünsiyyətin həyata keçirilməsinə xidmət edən əlaqələrə hazırlıq;
- Ünsiyyət nəticəsində yaranan emosional yaşantıları qabaqcadan sezmək;
- Uşaqlarla real ünsiyyətdə maraqlı olmaq və onlarla qarşılıqlı təsirə hazırlıq.
Bir çox müəllimlər haqlı olaraq hesab edirlər ki, birinci mərhələ ünsiyyətin çətin mərhələsidir. Aydındır ki, müəllimlər bütün siniflərlə gözəl münasibətdə olmurlar. Çünki bir sinfin şagirdləri – tam qarşılıqlı anlayışa, digərləri – daha intizamlı və sakit qarşılıqlı münasibətlərə malik olur. Lakin heç bir müəllimlə yola getməyən siniflər də vardır.
Təbiidir ki, müəllimlər üçün birinci qrup siniflərdə özündə işə müsbət yönəlişlik yaratmaq çətin olmur, ikinci qrup siniflərdə də bu cür yönəlişlik yaratmaq olur. Bəzi müəllimlər üçün isə üçüncü qrup siniflərdə müsbət yönəlişlik yaratmaq ümumiyyətlə mümkün olmur. Lakin psixoloji tədqiqatlarla sübut olunmuşdur ki, belə problem düzgün yönəlişliyin olmamasından qaynaqlanır. Insanın həyatında usatanovkaların rolu böyükdür. Əgər müəllim siniflə işləyəndə onda neqativ ustanovkalar olarsa, onda o, şüursuz olaraq sinifdə baş verənlərə emosional, coşqun şəkildə reaksiya verəcək, yaxşı münasibətdə olduğu siniflərdə isə xoş rəftarla davranacaqdır.
Bu cür hallarda psixoloqlar yaxşı şagirdləri öyrənməyi, şagirdlərə bələdləşərək onlarla ünsiyyəti əvvəlcədən planlaşdırmağı məsləhət görürlər.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin