Тяхмини тявгим тематик план


Mövzu 20. Pedaqoji konflikt anlayışı, onun səbəbləri və növləri



Yüklə 1,34 Mb.
səhifə37/47
tarix22.04.2023
ölçüsü1,34 Mb.
#101567
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   47
pedaqoji psixologiyadan mühazirə kursu-2011.02 (2)

Mövzu 20. Pedaqoji konflikt anlayışı, onun səbəbləri və növləri

Plan:

  1. Pedaqoji konflikt anlayışı

  2. Pedaqoji konfliktin səbəbləri

  3. Pedaqoji konfliktin növləri

  4. Pedaqoji konfliktin aradan qaldırılması yolları

Təhsil sistemində müxtəlif situasiyalarda baş verən pedaqoji konfliktlər bu fəaliyyətin optimal təşkilinə həmişə maneçilik yaradır. Ortaya çıxan konfliktlərin və ya ziddiyyətlərin orta həddini, bir tərəfdən, rəhbərlik (təhsil sisteminin müxtəlif səviyyəli rəhbərləri) və müəllimlər arasındakı, digər tərəfdən, rəhbərlik və valideynlər arasındakı, müxtəlif təhsil müəssisələri və şagirdlər arasındakı ziddiyyətlər təşkil edir.


Pedaqoji fəaliyyətdə aşağı səviyyədə ziddiyyətlər “müəllim – müəllim” və “valideyn – şagird” sistemində özünü göstərir. Psixoloqlar belə konfliktləri şaquli konfliktlərə aid edirlər.
Pedaqoji fəaliyyətin və sosial-pedaqoji prosesin hər bir səviyyəsində şaquli konfliktlərlə yanaşı üfüqi konfliktlər də meydana çıxır. Məsələn, makrosəviyyədə ziddiyyət və konfliktlər cəmiyyətdəki siyasətin təhsil və tərbiyə sahəsinə transformasiyası zamanı, vətəndaş (vətəndaş cəmiyyəti) və rəhbər strukturlar (dövlət) arasında baş verir. Orta səviyyəli üfüqi konfliktlər şaquli konfliktlərdə olduğu kimi özünü göstərir.
Pedaqoji fəaliyyətdə üfüqi konfliktlərin orta səviyyəsinə “müəllim – valideyn”, “müəllim - müəllim”, “valideyn – valideyn” tipli konfliktləri də aid etmək olar. Aşağı səviyyədə konfliktlər isə təlim fəaliyyətində “şagird – şagird” tipli münasibətlərdə üzə çıxır. Ziddiyyətlərin bu istiqaməti əksər hallarda ümumi orta təhsil sistemindəki əsas qarşılıqlı təsir növü kimi səciyyələndirilir.
Cəmiyyət və təhsilin qarşılıqlı təsiri zamanı meydana çıxan konfliktlərin yaranma səbəblərini aşağıdakı kimi qruplaşdırmaq olar:
- davamlı və məqsədyönlü yeni təhsil siyasəti (təhsil sisteminin inkişaf strategiyası) konsepsiyasının olmaması;
- təhsil sisteminin maliyyə və maddi-texniki təminatının yetərsizliyi və s.
Bununla belə təhsil sistemində vəsait çatışmazlığı aşağıdakı neqativ nəticələrə gətirib çıxarır:
- sosial-əmək konfliktləri, tətillər, mitinqlər, dövlət müəssisələrində piketlər, aclıq və digər etiraz formaları, tədris müəssisələrinin vəsait çatışmazlığı (istilik, elektrik, təmir və s.) üzündən bağlanması;
- təhsil işçilərinin öz işlərinə görə maddi şəkildə mükafatlandırılmaması.
Bununla belə təhsil işçilərinin maaşlarının aşağı olması onları əlavə işlər axtarmağa sövq edir ki, bu da pedaqoji prosesin neqativ xarakterindən xəbər verir.
Orta məktəbin müəllim kollektivi üçün konfliktlərin aşağıdakı səbəbləri daha xarakterikdir: bir-birinə taktik münasibətlərin olmaması, dərs cədvəlinin əlverişli olmaması; məktəbə yeniliklərin tətbiq olunmaması; pedaqoji yüklərin qeyri-bərabər şəkildə bölünməsi; inzibati və maddi sui-istifadə.
Müəllim mühitində və münasibətlərində konfliktlərin əksəriyyəti dərs yükü problemindən yaranır. Müəllim mühitində konfliktlər və gərginliyin artması səbəblərinə qeyd olunanlarla yanaşı aşağıdakıları da əlavə etmək olar:
- sosial-pedaqoji prosesin digər iştirakçıları tərəfindən (məktəb müdiriyyəti, yüksək təhsil orqanlarının işçiləri, şagirdlərin valideynləri və özləri) müəllimlərin təqsirləndirilməsi;
-müəyyən əməkdaşların istifadə etdiyi əsassız güzəşt və imtiyazlar;
-digərlərinin çatışmazlıqlarına dözümsüzlük və əsəbilik, yüksək özünüqiymətləndirmə, psixoloji uyuşmazlıq və s. şəklində təzahür edən ünsiyyət çətinlikləri də aiddir.
“Müəllim-valideyn” sistemində konfliktlərin yaranma səbəbi bilavasitə şagirddir. Müəllimlər bir qayda olaraq, valideynləri uşaqların təlim-tərbiyə prosesindən kənarda qalmaları ilə, valideynlər isə öz növbəsində müəllimləri uşaqlara münasibətdə səriştəsizlikdə təqsirləndirirlər. Əlbəttə, burada birtərəfli qaydada valideynləri və ya müəllimləri təqsirləndirmək əsassızdır.
Psixoloqların qənaətincə “şagird-valideyn” tipli konfliktlər aşağıdakı səbəblərdən yaranır:
- şagirdlərin dərslərini pis oxuması;
- uşaqlarla valideynlərin anlaşmamaqları;
- münasibətlərdə kobud və səbirsiz olmaq;
- uşaqların müstəqillik üçün mübarizəsi, valideynlərin uşaqların xahiş və tapşırıqlarını yerinə yetirməmələri;
- ailədə sosial-psixoloji mühitin uğursuzluğu.
Pedaqoji fəaliyyətlə məşğul olan psixoloqların fikrincə “müəllim-şagird” tipli konfliktlərin yaranmasında aşağıdakı amillər müşüm rol oynayır:
- dərsdə intizamın pozulması;
- ev tapşırıqlarının yaxşı yerinə yetirilməməsi.
Şagirdlərin fikrincə müəllimlərlə konfliktlər aşağıda qeyd olunan səbəblərdən yaranır:
- müəllimlər tərəfindən təhqir olunma, kobudluq, səbirsizlik;
- biliklərin qiymətləndirərkən qeyri – obyektivlik;
- müəllimin dərsinin maraqsız olması;
- ev tapşırıqlarını hazırlamamaq;
- dərs buraxmaq.
Adətən, konfliktlərin strukturunda konfliktin tərəfləri (bəzən iştirakçılar adlandırılır), konfliktin həyata keçmə şəraiti, konfliktli situasiya obrazları, konflikt iştirakçılarının mümkün hərəkətləri, konfliktli hərəkətlərin nəticələri və s. ayırd edilir.
Pedaqoji konflikt tərəfləri kimi təhsil və tərbiyə funksiyalarını yerinə yetirən ayrı-ayrı fərdlər, sosial qrup və təşkilatlar çıxış edə bilər.
Konfliktin həyata keçmə şəraiti – konfliktin yarandığı və inkişaf etdiyi şəraitdir. Özünəməxsus struktura, dinamikaya, norma və sanksiyalara, ierarxik dəyərlərə və s. malik müxtəlif sosial qruplardakı sosial-psixoloji mühit onun əsas tərkib hissəsini təşkil edir.
Konfliktin üçüncü xarakteristikası hər bir konflikt iştirakçısında yaranan konfliktli situasiya obrazlarıdır. Onlar bir qayda olaraq, konflikt iştirakçılarının konfliktli davranışında ifadə olunur. Bunlar iştirakçıların özləri (öz motivləri, məqsədləri, dəyərləri, imkanları və s.) haqqında, qarşı tərəf haqqında, konfliktli münasibətlərin müşayiət olunduğu mühit haqqında təsəvvürlərində əks olunur.
Qeyd etmək lazımdır ki, obyektiv gerçəklik konfliktli davranışı öz-özünə yaratmır. Yəni konfliktli davranışın yaranması üçün məhz bu obrazlar konflikt yaradan tərəflərdə mövcud olması gərəklidir.
Konflikt iştirakçılarının mümkün hərəkətlərinin təhlilinə əsasən, qeyd etmək lazımdır ki, konfliktli situasiya obrazları mürəkkəbləşərək konflikt iştirakçılarının mümkün hərəkətlərini təşkil edir.
Konfliktlərin nəticələri dedikdə, konfliktli hərəkətlərin nəticələri başa düşülür. Konfliktin lazımi formada inkişafı müəyyən mərhələlərdən keçir:

  • Obyektiv konfliktli situasiyanın yaranması;

  • Obyektiv konfliktli situasiyanın dərk olunması;

  • Konfliktli davranışa keçid;

  • Konfliktin həlli.

Göstərilən konflikt mərhələlərinin mahiyyətini aydınlaşdırmağa çalışaq. Ümumiyyətlə, konflikti əksər hallarda müəyyən obyektiv konfliktli situasiyalar yaradır.
Birinci mərhələdə tərəflər obyektiv olaraq konfliktli situasiyanı dərk etmirlər. Bu səbəbdən də bu konflikt mərhələsini potensial konflikt mərhələsi adlandırılır.
Konfliktin inkişaf dinamikasının ikinci mərhələsində tərəflərin obyektiv konfliktli situasiyanı dərk etməsi baş verir. Konfliktin reallaşması üçün onun iştirakçılarının mürəkkəbləşən şəraiti konflikt kimi dərk etməsi çox vacibdir.
İştirakçıların obyektiv konfliktli situasiyanı dərk etməsindən sonra onlar konfliktli davranış nümayiş etdirməyə başlayırlar. Konfliktli davranışa tərəflərdən birinin digərinin məqsədlərinə, fikirlərinə və s. nail olmasını birbaşa və köklü surətdə məhdudlaşdıran hərəkətləri kimi baxmaq lazımdır.
Konfliktli hərəkətlər başlanğıcda konfliktin emosional fonunu kəskinləşdirir, emosiyalar da öz növbəsində konfliktli davranışı stimullaşdırır. Bundan başqa tərəflərin konfliktli hərəkətləri şəklini dəyişə bilir, yeni konflikt stimulları daxil olaraq ilkin konflikt strukturunu mürəkkəbləşdirir.
Gündəlik həyatda konflikti bir sıra hallarda konfliktli davranış mərhələləri ilə eyniləşdirirlər. Belə təsəvvür yanlışdır. Çünki konflikt çox mürəkkəb və çoxsahəli fenomendir. Onu konfliktli davranış anlayışı ilə məhdudlaşdırmaq düzgün deyil. Bununla belə istənilən konfliktli qarşılıqlı təsirin sonuncu mərhələsi konfliktlərin həlli mərhələsidir. Konfliktlərin həlli ilk növbədə obyektiv konfliktli situasiyanın, ikincisi isə tərəflərdə yaranan konfliktli situasiya obrazlarının şəklini dəyişməsi hesabına baş verir.
Nəzərə almaq lazımdır ki, baxdığımız hər iki halda konfliktlərin tam şəkildə həlli ikitərəfli xarakter daşıyır: tədrici xarakter (bu halda konfliktli davranış istisna edilir, tərəflərdə konfliktə olan daxili cəhd isə istisna edilmir) və tam xarakter (konflikt həm faktik davranış səviyyəsində, həm də daxili səviyyədə aradan qaldırılır).
Konflikt obyektiv konfliktli situasiyanın şəklini dəyişməsi hesabına tam olaraq aradan qaldırılır. Məsələn, tərəflərin bölünməsi zamanı konflikt iştirakçıları konflikti davam etdirmə imkanından məhrum olurlar. Ancaq konfliktli qarşılıqlı təsir isə hələ davam edir (konfliktli məktəblinin digər məktəbə keçirilməsi). Konfliktin bu cür həllinə tərəflərin əlavə resurslar axtarması və onların hər ikisinin bu resurslarla tam şəkildə təmin olunması hesabına həlli aiddir.
Konfliktin obyektiv səviyyədə tədrici həlli real konfliktli situasiya şəraitinin şəklini dəyişməsi hesabına baş verir və tərəflər sonrakı konfliktli hərəkətlərə maraq göstərmirlər. Konfliktlərin bu cür həllinə isə qayda pozuntuları zamanı müəyyən qadağa və sanksiyaların tətbiqi ilə müşayiət olunan inzibati həlli aid edilir.
Konfliktlərin həllinin əks mövqeli tərəflərdə yaranan obrazların dəyişməsi hesabına həyata keçməsi halları ciddi maraq kəsb edir. Konfliktlərin oxşar həlli (tam və tədrici) dəyərlərin, motivlərin, yönəlişlərin yenidən strukturlaşmasını tələb edir. Buna görə də burada sosial-psixoloji vasitələrin bütünlükdə tətbiqi münasib hesab edilir.
Qeyd olunmalıdır ki, konfliktlərin M.Doya tərəfindən irəli sürülmüş tipologiyası konfliktlər haqqında daha geniş məlumat verir. Onlar aşağıdakılardır:
1   ...   33   34   35   36   37   38   39   40   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin