Тяхмини тявгим тематик план



Yüklə 1,34 Mb.
səhifə39/47
tarix22.04.2023
ölçüsü1,34 Mb.
#101567
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   47
pedaqoji psixologiyadan mühazirə kursu-2011.02 (2)

Motivasiya konfliktləri. O, müəllim və şagird arasında təlimin zəif motivləşməsi səbəbindən əmələ gəlir. Bu zaman şagirdlər ya oxumaq istəmir, ya məcburiyyət qarşısında maraqsız şəkildə oxuyurlar.

Bu konfliktlər böyüyərək son nəticədə müəllim və şagirdlər arasında qarşılıqlı anlaşılmazlığa, ziddiyyətlərə, hətta ciddi qarşıdurmaya gətirib çıxarır.
Motivasiya konfliktləri müəllim və şagirdlərin bir-birindən uzaqlaşması, əks mövqelərdə olması nəticəsində meydana çıxır və müxtəlif məqsədlərə və yönəlişlərə malik olurlar.
2. Məktəb təlimindəki çatışmazlıqlarla əlaqədar olan konfliktlər məktəbdə təlim prosesi zamanı şagirdin keçdiyi konfliktli dövrlərə əsasən bir neçə şəkildə özünü göstərir.
I dövr – I sinif, məktəbə adaptasiya;
II dövr – V sinif, orta məktəbə keçid, yeni həyat obrazına adaptasiya;
III dövr – IX sinif: “Sonra nə etməli?”;
IV dövr - məktəbi bitirmə (“Sonrakı həyata hazırammı, yoxsa yox?”).
3. Qarşılıqlı təsir konfliktləri. Bu konfliktlər konfliktə girənlərin şəxsi xüsusiyyətləri üzündən baş verir. Şagirdlər arasında 2-3 liderin və onların öz birinciliyi uğrunda qruplaşmalarını əks etdirən liderlik konfliktləri də vardır. Buraya qız qrupları ilə oğlan qrupları arasında, 3-4 şagirdlə bütün sinif arasındakı konfliktlər aid edilir.
Pedaqoji konfliktlərin aradan qaldırılması yolları. Konfliktli situasiyaya düşərkən biz fəliyyətimizi və psixoloji vəziyyətimizi elə tənzimləməyə yönəltməliyik ki, həmsöhbətimiz bizi yaxşı başa düşə bilsin.
Amerikan psixoloqları daxili sabitliyi qorumaq üçün çox gərəkli üsullar irəli sürürlər. Onlar aşağıdakılardır:

  • Əgər siz əks tərəfdən “zərbə”yə məruz qalmısınızsa, onun atmacalarını

eşitməmək üçün özünüz haqqında nə isə fikirləşin, ifadəli şəkildə şer oxuyun, çoxsaylı rəqəm sayın, lətifə və reseptlər öyrənin;

  • Təsəvvür edin ki, sizi bütün sözlərdən qoruyan hər hansı bir müdafiə

kostyumu geyinmisiniz və sözlər sizə dəyib ya top kimi geriyə sıçrayır, ya da yağış pəncərəyə dəyib süzüldüyü kimi axıb gedir;

çıxmasını təsəvvür edin;

  • Öz opponentinizi qarışıq formada, məsələn, hər hansı bir maskarad

kostyumunda fikrinizdə canlandırmağa çalışın;

  • Nəhayət, təsəvvür edin ki, sizə “ünvanlanan” bütün sözlər ağlasığmaz

şəkildə bəzədilmişdir.
Daxili sabitliyin qorunmasına xidmət edən təxəyyülünüzün istənilən halda heç kəsə görünməyən bütün vasitələrindən istifadə etməyiniz daha yaxşıdır.
Bütün bunlarla yanaşı, digər insanı anlamağa kömək edən müxtəlif üsullardan da istifadə etmək də olar:
1) İntrospeksiya metodu. Insan özünü digər insanın yerinə qoyur, sonra isə onun fikrincə digərinin mümkün situasiyada istifadə etdiyi fikir və hisslərini təsəvvürünə gətirir. Lakin burada öz fikir və hisslərini digərinə qəbul etdirmək təhlükəsi yaranır;
2) Empatiya metodu. Bu zaman digər insanın daxili yaşantılarını hiss etmək meyli ortaya çıxır;
3) Məntiqi analiz metodu. Bu metodun tətbiqi zamanı təfəkkürə əsaslanan rasional fikirlər yaradılması zəruridir.
Konfliktin istənilən variantda inkişafı zamanı müəllimin vəzifəsi ziddiyyətli mövqeyi qarşılıqlı təsirə, destruktiv konflikti konstruktiv konfliktə çevirməkdir.
Q.İ.Kozırev hesab edir ki, bunun üçün aşağıdakı əməllərə riayət etmək lazımdır:
1. Opponentlə bir-birini adekvat şəkildə qavramağa nail olmaq. Məlumdur ki, emosional oyanma konflikt iştirakçılarının situasiyanı adekvat qiymətləndirməsinə mane olur. Müəllim öz emosiyalarına nəzarət edərək şagirdlərə, valideynlərə, tələbələrə qarşı emosional təzyiqi aşağı salmalıdır. Bunun üçün aşağıdakı priyomlardan istifadə etmək olar:
- Aqressiyaya aqressiya ilə cavab verməmək;
- Opponenti heç bir sözlə, jestlə, baxışla təhqir etməmək və alçaltmamaq;
- Opponentin danışmağına imkan yaratmaq və onun iddialarını diqqətlə dinləmək;
- Opponentlə yaranan çətinliklərlə əlaqədar olaraq öz fikirlərini sərbəst ifadə etməyə çalışmaq;
- Düşünülməmiş qərarlar, tələsik məsləhətlər verməmək - situasiya həmişə göründüyündən daha mürəkkəb olur;
Opponentin yaranmış problemləri sakit surətdə izah etməsinə imkan yaratmaq. Əgər şərait imkan verirsə, alınmış informasiyanı ətraflı şəkildə düşünmək üçün zaman istəyin. Bununla belə nəzərə almaq lazımdır ki, fasilə də emosional gərginliyin azalmasına səbəb ola bilər.
Əgər sadaladığımız hərəkətlər nəticəsində siz opponenti məğlub edə bilsəniz, yəni ona düşmən olmasanız və onunla bərabərhüquqlu əməkdaşlığa hazır olsanız, onda konfliktin tənzimlənməsinin sonrakı mərhələsinə keçə bilərsiniz.
2. Dialoq. Dialoq həm məqsəd, həm də vasitə kimi baxmaq olar. Dialoqun birinci mərhələsində opponentlər arasında kommunikasiya təşkil olunur. İkinci mərhələ - mübahisəli sualların müzakirəsi və konfliktin tənzimlənməsi üçün qarşılıqlı şəkildə qəbul olunan üsulların axtarılması vasitəsidir. Pedaqoji prosesdə biz hamımız, monoloqa adət etmişik. Hamımız işimizdə toplananları söyləyərkən qarşımızdakını dinləmirik. Dialoqda isə başlıca olaraq yalnız danışmaq və dinləmək yox, eləcə də həmkarını eşitmək və dinlənilmək imkanı öz əksini tapır.
Dialoq zamanı aşağıdakı qaydalara əməl etmək lazımdır:

  • Opponentə münasibətdə düzgünlüyə, nəzakətə riayət etmək;

  • Lüzumsuz yerə opponentin sözünü kəsməmək, əvvəl onu dinləmək, sonra

danışmaq;

  • Öz nöqteyi-nəzərini zorla qəbul etdirməmək, bununla bərabər həqiqəti

axtarmaq;

  • Öz mövqeyini müdafiə etməkdə qətiyyətli olmaq, öz-özlüyündə

şübhələnməyi bacarmaq;

əsaslanmaq;

  • Həqiqətin açılmasına kömək edən sualların düzgün şəkildə verilməsinə

cəhd etmək;

  • Problemin həlli üçün hazır “reseptlər” verməmək, elə məntiqi fikir

mübadiləsi yaratmaq ki, opponent lazımi çıxış yolunu özü kəşf edə bilsin.
Dialoq gedişində opponentlərin münasibətləri, mövqeləri, fikirləri, məqsədləri bir-birinə aydın olur. Bunun sayəsində də onlar daha çox məlumatlı olurlar və mürəkkəbləşən konfliktli situasiyanı daha yaxşı başa düşürlər. Əgər mübahisənin konkret səbəbləri və mənbələri aydınlaşarsa, onda konfliktin tənzimlənməsinin sonuncu mərhələsinə keçmək olar.
3. Qarşılıqlı təsir – konfliktin tənzimlənməsində sonuncu mərhələdir. Əslində, qarşılıqlı təsir qavrayış, dialoq, birgə (razı və narazı) fəaliyyətin digər növlərini və ünsiyyəti əks etdirir. Ancaq burada qarşılıqlı təsir anlayışı altında bütün opponentlərin konfliktin həllinə yönəlmiş birgə fəaliyyəti başa düşülür. Qarşılıqlı təsir gedişində opponentlər problemləri və onların həlli variantlarını dəqiqləşdirir; fəaliyyət növlərini bölüşdürür; onların yerinə yetirilmə müddətini təyin edir və nəzarət sistemini müəyyənləşdirir. Beləliklə, konfliktin adekvat şəkildə qavranılması, problemin hərtərəfli müzakirəsinə hazırlıq, qarşılıqlı inamın yaradılması və mövcud problemin həllində birgə fəaliyyət destruktiv konfliktin konstruktiv konfliktə keçməsinə səbəb olur, keşçmiş opponentlər isə artıq müttəfiq, hətta dost da olurlar. Bundan başqa, konfliktin uğurlu həlli kollektivdə psixoloji iqlimin yüksəlməsinə gətirib çıxardır. Konfliktlərin yalnız qarşısını almaq, onları həll etmək yox, eləcə də onları proqnozlaşdırmaq olur.
Konfliktli situasiyaların həlli sahəsində İ.F.Demidovun 3 variantda irəli sürdüyü tövsiyələri də maraq doğurur:

  • Müəllim və şagirdlər arasındakı konfliktlərin həlli;

  • Şagirdlər arasında müəllimin vasitəçi olduğu konfliktlərin həlli;

  • Müəllim və valideynlər arasındakı konfliktlərin həlli.

Onları daha ətraflı şəkildə nəzərdən keçirək.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin