Тяхмини тявгим тематик план



Yüklə 1,34 Mb.
səhifə41/47
tarix22.04.2023
ölçüsü1,34 Mb.
#101567
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   47
pedaqoji psixologiyadan mühazirə kursu-2011.02 (2)

Vasitəçinin əsas məqsədi odur ki, həm özünün, həm də digərlərinin mümkün səhvdən yayınmasına kömək etsin:

  • “Ya udursan, ya uduzursan” (Ya mən haqlıyam, ya sən haqlısan);

  • “Sən pis adamsan”, “Sən həmişə beləsən”;

  • Konflikt obyektinin razılığın əldə olunması yolunda mürəkkəb maneələr

yaratması (bu zaman səbirli olmaq və situasiyanı ətraflı şəkildə izah etmək lazımdır).
III mərhələ. Inciklik obyektini müəyyənləşdirmək və problemi dəqiq və dürüst şəkildə ifadə etmək”. Hər kəsə öz mövqeyini bildirməsi üçün imkan yaratmaq və digərlərinin mövqeyini dinləmək zəruridir.
IV mərhələ. “Daha münasib razılığın əldə edilməsi”. Mətndə danışığın həlli öz əksini tapmalı və qəbul olunmuş qərarın reallaşdırılması üçün tərəflərin nə etməli olduqları qeyd edilməlidir. Qoyun hər bir iştirakçı öz mətnində həmkarından nə gözlədiyini və özünün nə edə biləcəyini yazsın. Sonra müzakirənin sonunda vahid mətn yaranır. Əldə olunmuş razılığı sinifdə elan etmək olar. Bir müddətdən sonra nəticənin həyata keçirilməsi müzakirə edilir.
Vasitəçinin məsləhətləri. Öz vasitəçi rolunuza hazırlaşaraq onu haradasa (məsələn, ailədə) sınaqdan keçirin, sonra isə uşaqla işləməyə başlayın. Bu zaman dialoqu stimullaşdırın, pozitivliyə doğru istənilən fikri dəstəkləyin, özünüz qərar qəbul etməyərək dialoqu ehtiyatla dəstəkləyin.
Müəllim və valideynlər arasındakı konfliktlərin həlli. Valideynlərin konfliktin həllində mövqeyi bir neçə formada özünü göstərə bilər: müdafiəçi (“Vaxt yoxdur – heç nə alınmır”), təcavüzkar (“Tərbiyə məktəbin işidir”), çaşqın (“Kömək edin!”).
Valideynlərlə müəllimlərin ünsiyyətinin əsas məqsədi müəllimlərin aqressiv- müdafiəedici hərəkətlərində, davranışın tərbiyəvi korreksiyasını öz üzərinə götürmələrində deyil, müəllim və valideynlərin uşağın islah edilməsi uğrunda öz səylərini birləşdirməsində ifadə olunur.
Müəllim və valideynlər arasındakı konfliktlərin həlli üç mərhələdən keçir. Bunlar aşağıdakılardır:

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin