Neyral aktivlik dərəcəli potensiallar və fəaliyyət potensialları olaraq özünü göstərir.
Elektroensefaloqram (EEQ)
beyin neyronlarındakı aktivliyi qeyd edir. Ayrı-ayrı neyronlardakı FP-ları EEQ-da görünməyəcək qədər kiçikdir. EEQ
naxışları sinxronizə dərəcəli potensiallara bağlı olaraq yaranır (summasiyaya uğramış post-sinaptik potensiallar).
EEQ-də qeyd edilən elektrik
aktivliyinin böyük hissəsi korteksdəki piramidal hüceyrələrdən kökən alır.
α və β ritmlərinin EEG göstəriciləri
Oyanıqlıq və yuxu
Oyanıq, gözləri qapalı və rahat halda EEQ-də ən net
alfa ritmi (8-12 Hz) görünür. Alfa ritmi parietal və
oksipital
paylarda daha yaxşı qeyd edilir.
Kənardan gələn qıcıqlara diqqətimizi yönəltdikdə
alfa ritmi, kiçik amplitudalı və yüksək tezlikli
beta ritmi (12
Hz)ilə əvəz olunur. Diqqətli oyanıqlıq EEQ-si adlanan bu çevrilmədə, qıcığı qəbul etmədən çox, qıcığa diqqət
etmə əsas rol oynayır.
Qamma ritmi yüksək tezlikli (30-100 Hz) dalğalar olub, korteksin geniş sahələrinə yayılır.
Yuxu
Yuxululuq halına keçdikcə, beta ritmi alfa ritminə keçir. Yuxu halına
keçdikdə, kiçik tezlikli və böyük amplitudalı
teta və
delta dalğalarına
keçir.
Yuxunun 2 mərhələsi vardır:
NREM və
REM
NREM yuxusunun da 3 mərhələsi vardır:
N1 – alfa ritmləri arasına, teta ritmləri saçılır.
N2 –
yuxu iyləri adlanan yüksək tezlikli sıçrayışlar və teta ritmini kəsən
yüksək amplitudalı
K kompleksləri yaranır.
N3
(yavaş dalğalı yuxu) – delta dalğaları ilk bu zaman görünür.
Daha sonra EEQ-də kiçik amplitudalı, yüksək tezlikli asinxron dalğalar
yaranır. Bu dalğalar oyanıq vəziyyətdəki dalğalara bənzəsə də, yuxu
halındadır və sürəti göz hərəkətləri
(REM) müşahidə olunur. REM
yuxusu
paradoksal yuxu da adlanır. Beyinin oksigen istifadəsi REM
yuxusunda ən yüksəkdir.
Yuxunun bu mərhələləri tsiklik olaraq yenilənir. N1-N2-N3-N2-REM.
Hər biri 90-100
dəqiqə davam edən, 4-5 tsikl olur. İlk bir neçə tsikldə NREM, daha sonrakı tsikllərdə REM
yuxusu uzun
müddət davam edir. REM yuxusu total yuxunun 20-25%-ni təşkil edir. REM yuxusunda daha çox yuxu görülür və REM
yuxuları daha gerçəkci olur. REM yuxusunda skelet əzələlərinin çoxu inhibə olur. Göz və tənəffüs əzələləri daha aktiv
olur.