Тяхмини тявгим тематик план


Təhsil subyektlərini öyrənməyə təhrik edən üsullar



Yüklə 1,34 Mb.
səhifə29/47
tarix22.04.2023
ölçüsü1,34 Mb.
#101567
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   47
pedaqoji psixologiyadan mühazirə kursu-2011.02 (2)

Təhsil subyektlərini öyrənməyə təhrik edən üsullar. Qeyd edilən meyardan çıxış edərək pedaqoqları 2 qrupa ayırmaq olar: birinci tipə aid olan (zəif və mütəhərrik sinir sistemli subyektlər) müəllimlər belə təhrik kimi təlim materialının məntiqi izahına üstünlük verir, idrak məsələlərini müvəffəqiyyətlə qoyur və problem situasiyalar yaradırlar. Bəzi hallarda isə tələbkarlığa üstünlük verirlər.
Ikinci qrupa mənsub (sinir sistemi qeyri- mütəhərrik və güclü) müəllimlər tapşırıqlara ciddi tələblər verir. Onların başqalarından fərqli olaraq intizam yaratmaq güclü olur. Birinci qrup pedaqoqlardan fərqli olaraq iştirakçıların davranış və rəftarına nəzarət edə bilirlər. Belə müəllimlər dərsi aparmağın şərtlərinə riayət edir, iştirakçılarda və dərsin təşkilində yaxşı intizam yaradırlar.
Birinci qrupa aid olanlar sorğunu operativ təşkil edir, cavablar zamanı qeyri-dəqiq məqamları düzəldir, şagirdlərin sözünü kəsir, cavaba fəal qoşulurlar.
Ikinci qrupa aid pedaqoqlar isə sorğuda sakit mühit yaradır, cavablara nadir hallarda qarışır, şagirdlərə bütünlüklə çıxış etməyə imkan yaradırlar.
Birincilər iştirakçılarla konfliktlərdən qaçmağa çalışır, intizamın pozulmasına dair xəbərdarlıqlara cəhd göstərir, onların təzahürü zamanı isə diqqətlərini həmin hərəkətlərə çox yönəltmirlər.
Təlim materialının verilməsi üsulları. Müəllimlər təlim materiallarını, xüsusilə nəzəri materialları müxtəlif cür təqdim edirlər.
Zəif sinir sisteminə və qeyri-mütəhərrik sinir xüsusiyyətlərinə məxsus olan müəllimlər nəinki özlərinin (dərsə hazırlıq prosesində), habelə iştirakçıların fəaliyyətinin başlıca istiqamətlərini bələdləşməyə yönəltməyə çalışırlar. Odur ki, giriş hissə bütövlükdə dərsin mövzusunun geniş izahına həsr olunur. Şagirdlər tərəfindən yol verilən səhvlər sadəcə qeyd olunmur, habelə onların düzəldilməsi yolları ilə birlikdə dəqiqliklə təhlil olunur.
Dərsə dəqiqliklə hazırlaşmaq, hər bir iştirakçı ilə fərdi şəkildə işləyə bilmək bacarıqlarına görə bu tipə aid müəllimlər dərsdə məzmunca əhatəliyə və dərinliyə nail ola bilirlər. Bu üslubun çatışmazlığı şərhlərin uzanması ilə əlaqədar olub, kiçik detallarla (pedantik) dərsin şərhi öyrənilən materialın icmalında müəyyən “quruluq” doğurur.
Güclü sinir sisteminə və sinir proseslərinin mütəhərrikliyinə məxsus müəllimlər öncəki izahatlara və fəaliyyətin bələdləşmə əsasının yaradılmasına az yer verir, adətən, tapşırığın həlli əsnasında aydınlıq gətirməyi üstün tuturlar.
Bu tip müəllimlər təlim materialını daha canlı, emosional şəkildə təqdim edirlər. Qeyd etmək lazımdır ki, çatışmazlıqlarına müəllimin daranışındakı impulsivliyi, səbrsizliyi, bəzən isə tələskənliyi aid etmək olar. Bütün bunlar isə pedaqoqun öz bilik və bacarıqlarını səfərbər etməsi, yaranmış situasiyaları operativ nəzərdən keçirməsi və yaradıcı şəkildə həll etməsi, müxtəlif pedaqoji təsir və vasitələrdən yerində istifadə etməsi ilə, yəni müəllimin səfərbərliyi və fəallığı ilə kompensasiya olunur.
Adətən, müəllimlərdə dərsə hazırlığın və onun təşkilinin qarışıq üsullarına da rast gəlinir. Onlarda bir tərəfdən bir fəaliyyətə, digər tərəfdən isə tamamilə fərqli fəaliyyətə (məsələn, zəif sinir sisteminin mütəhərrik sinir prosesləri ilə, ya da güclü sinir sisteminin qeyri-mütəhərrik sinir prosesləri ilə uyğun olması, yaxud da bu və ya digər xüsusiyyətin orta təzahür halı) təhrik edən tipoloji xüsusiyyətlər mövcuddur.
Psixoloqların gəldiyi qənaətə görə güclü həyəcanlılıq səviyyəsinə və aşağı özünüqiymətləndirməyə meyilli olan müəllimlərin dərs aparma üsulları iştirakçıları məşğul etmək üçün istənilən imkandan istifadə, onlara boşalmağa imkan verməməsi, müəllimə simpatiyası olmayan iştirakçılara qarşı mənfi münasibəti, iştirakçının səhvlərinə görə yaranmış günahkarlıq hissindən təlimdə stimul kimi istifadə etməsi, təlimi rəqabət mübarizəsi əsasında qurması, iştirakçıların imtahan zamanı köçürmələrinə imkan yaratması, yetkin həyatın acı gerçəkləri ilə bağlı şagirdlərə mütəmadi məlumatlar verməsi və s. ilə səciyyələnir.
Müəllimin dərsə hazırlığını və onun təşkilini səciyyələndirən başlıca fəaliyyət üslublarını ümumiləşdirərkən N.İ.Petrova və Z.N.Vyatkina təşkilati-kommunikativ, konstruktiv-təşkilati, konstruktiv-kommunitaktiv elementləri və ya üsulları ayırd edirlər.
Təşkilati-kommunikativ üslub güclü sinir sisteminə və mütəhərrik sinir proseslərinə malik şəxslərdə rast gəlinir. Bu, müəllimlərin improvizasiyaya, təlimin müxtəlif metodik priyomlarının və ekspromt ünsiyyətə məcburilik olmadan pedaqoji təsir üsullarından istifadəsinə meyilliyini göstərir. Belə müəllimlər yumorun, mimika və jestlərin köməyinə müraciət edirlər. Lakin onlar intizam pozuntularının profilaktikasına az diqqət yetirir, şagirdlərdə onlarda rəftar tərzinin qeyri-bərabərliyini də diqqətdən kənarda saxlayırlar.
Konstruktiv- təşkilati üsul güclü və qeyri-mütəhərrik sinir sisteminə malik müəllimlərə xasdır. Onlar dərsə dəqiqliklə və öncədən hazırlaşır, dərsin aparılma tempinə uyğun hazırlanmış tempə bərabər, iştirakçıların təşkili ilə və onların xəbərdaredici intizamı ilə bərabərliyi, iştirakçılarla rəftarın sakit, bərabər səviyyəli intizam təsirlərinin dayanıqlı repertuarını yaradırlar.
Konstruktiv-kommunikativ üslub zəif sinir sisteminə malik müəllimlərə məxsusdur. O, müəyyən qədər əvvəlki üsluba bənzəyir.
Onlarda dərsə ciddi hazırlıq, plana müvafiq hərəkət etmək, dərsin əvvəlində sinfin təşkilinə xüsusi diqqət yetirməklə xəbərdarlıq, rəftarın bərabər və sakit səviyyəsi müşahidə olunur. Həmin üslubda özünü göstərən fərqli məqam isə müəllimin intensiv işgüzar ünsiyyətində, fərdi tapşırıqların verilməsi sistemindən geniş istifadə etməsində, iştirakçılarla əvvəldən düşünülmüş qarşılıqlı münasibətləri qurmasında və s. özünü göstərir.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin