Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
Tələbə: Məmmədli Əli
Qrup: 212A11
Kurs: 1
Fakültə: Cüdo
Fənn: Azərbaycan tarixi
Fənn müəllimi: Zəfər Kərimov
Mövzu: “Azıx adamı” hansı dövrdə yaşamışdır
Az
ıx adamı (türk. azıx, yun. άνθρωπος – Azıxadamı)
— Azərbaycan arxeoloqu Məmmədli Hüseynov tərəfindən 1968-ci
ild
ə Azıx mağarasında alt çənə sümüyü kəşf edilmiş hominidlər fəsiləsinə
aid növ. Azıxantropun çənəsi bir tərəfdən pitekantroplara, xüsusilə Mauer
adamının çənəsinə, digər tərəfdən bir çox cəhətlərinə görə Fransanın
c
ənubunda olan Kondel-Araqo düşərgəsinin qədim Aşel
m
ədəniyyətinə aid təbəqəsindən tapılmış pre-neandertal tipli insanlara
daha yaxındır. Lakin son zamanlar aparılmış tədqiqatlardan sonra, bəzi
aliml
ər neandertal tipli insanları müasir insanların əcdadı hesab
etmirl
ər. Azıxantropun çənə sümüyü Azərbaycan Tarix
Muzeyind
ə saxlanılır.
1968-ci ilin iyununda M.M.Hüseynovun r
əhbərliyi altında Paleolit arxeoloji
ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı
arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai
insana m
əxsus çənə aşkar olunmuşdur. Çənə sümüyü qalın, dişləri isə
xırdadır. Azıxantropun qalıqlarının paleoantropoloji tədqiqatı
zamanı D.V.Hacıyev onların 18–22 yaşlı qadına məxsus olduğunu
mü
əyyənləşdirmişdir. Antropoloji xüsusiyyətlərinə görə sinantrop və
Heydelberq adamına uyğun gəlir; eyni zamanda Neandertal adamına da
yaxındır. Azıxantrop ilk paleoantropa keçid mərhələsidir. Təqribən 350–
400 min il
əvvəl yaşamış Azıxantrop dünyanın ən qədim insan
qalıqlarından hesab olunur. Azıxantrop sümüyünün tapıldığı Aşöl
t
əbəqəsindən çoxlu daş alət və heyvan sümükləri də əldə edilmişdir. Bəzi
tapıntılar əsasında Azıxantropun saymağı bildiyi və dini təsəvvürlərinin
olduğu ehtimal edilir. Azıxantropun qalıqları Azərbaycanın qədim
insanların formalaşdığı ərazilərdən biri olduğunu sübut edir. Çoxtəbəqəli
Azıx paleolit düşərgəsinin orta Aşel mədəniyyətinə aid təbəqəsindən
tapılmış ibtidai insana məxsus olan çənə üzərində
professor
D.V.Hacıyev uzun müddət elmi tədqiqat işləri aparmışdır.
M.M.Hüseynov t
ərəfindən tapılmış çənə Azıx paleolit düşərgəsinin elmi
əhəmiyyətini və şöhrətini daha da artırmış və dünyanın müxtəlif ölkələrin
arxeoloq, paleontoloq, paleoantropoloq v
ə digər
müt
əxəssislər Bakıya gələrək, Azıx düşərgəsindən tapılmış maddi
m
ədəniyyət qalıqları ilə yaxından tanış olmağa başlamışlar.
Professor
D.V.Hacıyevin Azıxdan tapılmış çənə üzərində apardığı elmi
araşdırmalar zamanı məlum olmuşdur ki, çənə quruluşundakı spesifik
cəhətlərə əsasən, bir tərəfdən pitikantroplara, xüsusilə Mauer adamının
çənəsinə, digər tərəfdən bir çox cəhətlərinə görə Fransanın cənubunda
olan Kondel-
Araqo düşərgəsinin qədim Aşel mədəniyyətinə aid
təbəqəsindən tapılmış pre-neandertal tipli insanlara daha yaxındır.
Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin V təbəqəsindən tapılmış ibtidai
insana məxsus çənənin iri olması açıq nəzərə çarpır və onun gövdəsi
nisbətən qalındır. Bu baxımdan Azıx mağara düşərgəsindən tapılmış
çənə avstralopitek tipli adamlardan fərqlənir və müəyyən cəhətlərinə
görə arxantropların arasında xüsusi yer tutur. Fiziki tipinə görə Azıx
düşərgəsindən aşkar edilmiş çənə sinantrop tipli
insanla neandertal
adamı arasında keçid mərhələsindədir. Azıx mağara
düşərgəsinin Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insan
qalığına şərti olaraq azıxantrop, yəni Azıx adamı adı verilmişdir.
Tədqiqatçılar müəyyən etmişlər ki, azıxantropun çənəsi fiziki quruluşuna
görə arxantropa, sinantropa və Heydelberq adamına oxşayır, lakin bəzi
inkişaf xüsusiyyətlərinə görə ilk neandertal insanlarla yaxınlıq təşkil edir.
Bu səbəbə görə də azıxantrop tipli insan ibtidai adamların inkişaf
tarixində arxantropdan paleoantropa keçid formasını təşkil edir.Lakin
dişlərinin xırdalığına görə indiyə qədər elmə məlum olan arxantrop
və paleoantroplardan tamamilə fərqlənir. Məhz bu fərqlərə
görə D.V.Hacıyev tapıntını azıxantrop adlandırmışdır.
Azıx mağara düşərgəsindən tapılmış çənə, ibtidai insanın alt çənəsinin
sağ hissəsidir.Çənənin əsası və onun üzərində olan üç azı dişinin
yerləşdiyi çənə şaxəsinin çox hissəsi yaxşı saxlanmışdır. Çənə üzərində
olan dişlərdən sonuncusu tam vəziyyətdədir, ikisi isə qazıntı zamanı
sınmışdır. Eyni zamanda şaxənin yuxarı hissəsi ilə birlikdə çənə oyması,
çənə tacı və oynaq çıxıntısı qədim zamanlarda sınmışdır.Çənənin alveol
hissəsində üçüncü azı (ağıl) dişi tam şəkildədir, ikinci azı dişinin üst
hissəsi sınmış, lakin orta və kök hissələrinin qırıqlarına rast
gəlinmişdir.
[13]
Azıx paleolit düşərgəsindən tapılmış alt çənənin tam olmadığına
b
axmayaraq, onun qalmış hissəsi Azıx adamının fiziki quruluşunun
müəyyən olunmasında ən mühüm paleoantropoloji tapıntı hesab olunur.
Belə ki, azıxantropun çənəsinin morfologiyası, qalınlığı, dişlərinin
quruluşu və ölçüləri paleoantropoloji müqayisə üçün çox mühüm elmi
əhəmiyyətə malikdir.Azıxdan tapılmış alt çənə avstralopitek, arxantrop,
sinantrop və pitikantropla müqayisə edilmişdir.
[6]
Aparılmış elmi
araşdırmalar maraqlı elmi nəticələr vermişdir.Azıxantropun çənəsinin
aşağı hissəsi qırılıb düşdüyündən onun qalınlığı ikinci azı (A2) ilə üçüncü
azı (A3) aralığı bərabərliyindəki qalınlıqla ölçülmüşdür.Həmin sahədə
onun qalınlığı 19,5 mm-dir.
[8]
Aparılan elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur
ki,
avstralopiteklərin alt çənə lərində də həmin sahə, yəni ikinci azı və
üçüncü azı aralığında olan hissə 33,5 mm-ə
bərabərdir. İndoneziyanın Yava adsında tapılmış pitikantrop çənəsinin
qalınlığı 26,3 mm, Çində tapılmış sinantrop tipli insanın çənəsinin
qalınlığı 19,6 mm, Almaniyanın Heydelberq kəndi ərazisindən tapılmış
Heydelberq adamının çənəsinin qalınlığı 21,4 mm -dir.
[2]
Bu ölçülərə görə
azıxantropun çənəsi pitikantropun çənəsindən fərqlidir.Aparılan elmi
tədqiqata əsasən müəyyən olunmuşdur ki, Azıx adamının çənəsi
sinantrop tipli insanla Heydelberq adamı arasında özünə xüsusi yer
tutur.
[11]
Aparılan elmi araşdırmalar zamanı müəyyən edilmişdir ki, qədim Azıx
adamı dişinə görə də arxantrop və paleoantroplardan da fərqlənmə
xüsusiyyətinə malikdir.Bu xüsusiyyətlərdən ən başlıcası Azıx adamında
dişlərin kiçik olmasıdır. Belə ki, azıxantropun azı dişinin uzunluğu
35 mm-
dir. Ona görədə professor D.V.Hacıyev bu tapıntını xırdadiş
adamına aid edir.
[8]
Paleoantropoloqların apardıqları elmi tədqiqatlar zamanı azı dişlərin
uzunluğunun pitikantroplarda 40 mm, sinantrop tipli insanlarda 36,9 mm,
Heydelberq adamında 36,1 mm, azıxantrop tipli insanlarda isə 35 mm
olması müəyyən edilmişdir.
[2][11]
Azıxantropun dişlərində başqa cəhətlər də qeydə alınmışdır. Xüsusən
dişlərin düzülüşü maraqlı xüsusiyyətlərə malikdir. Azıx adamının
çənəsinin şaquli istiqamətində linqval divarına doğru keçir. Lakin bütün
qazıntı və müasir adamlarda azı dişləri çənənin linqval divarının lap
qırağında düzülmüşdür.
[14]
Belə bir xüsusiyyətin olması da Azıx adamını
fərqləndirə bilir.Bu axırıncı xüsusiyyətin oxşarlığı heç bir qazıntı
insanında yoxdur.
Dostları ilə paylaş: |