Tərbiyə prosesi – pedaqoji situasiyaların, tərbiyəçilərin gəldiyi qənaətə görə, tərbiyə tapşırığının müəyyənləşdirilməsinin, lahiyələşdirmənin (tərkibin, metodların və formanın hazırlanması), pedaqoji qarşılıqlı təsirin təşkilinin, nəticələrinin yoxlanılmasının və qiymətləndirilməsinin vasitəli həllidir.
Pedaqoji ədəbiyyatda, tərbiyə prosesinin aşağıdakı funksiyalarını göstərirlər:
Tərbiyəçilərin fiziki və psixi sağlamlıgının mühafizəsi;
yardılması və şagirdlərin sosializasiyası məqsədilə ünsiyyətdən istifadə edilməsi;
Cəmiyyət üzvlərində dəyərli, əxlaqi, iradi, estetik və fizioloji
keyfiyyətlərin formalaşmasının təşkili;
Deviant davranışa meyilliyin qarşısının alınması məqsədilə korreksiya
aparılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi.
Aydındır ki, tərbiyə prosesi müəyən olunmuş məqsədlərdən başlayır. Tərbiyə prosesində aşağıdakı məqsədləri müəyyən edirlər:
Tərbiyənin əsas məqsədi.Bu məqsəd uşağın onun üçün həyatda və cəmiyyətdə vacib olan lazımlı keyfiyyətlərə malik olması üçün şəxsiyyət kimi formalaşdırılması və inkişaf etdirilməsidir.
Tərbiyənin ümumi məqsədi. Tərbiyənin ümumi məqsədi uşaqları daxilən zəngin, azad, sərbəst və məsuliyyətli şəxsiyyət kimi yetişdirməkdir.
Tərbiyənin xüsusi məqsədi. Tərbiyənin xüsusi məqsədini cəmiyyətin tərəqqisinin müasir tendensiyalarını özündə əks etdirmək, şagirdləri uğur əldə etməyə yönələn təşəbbüskar insanlar kimi yetişdirmək təşkil edir.
Sosial münasibətlərdə və cəmiyyətdə baş verən dəyişikliklər hər dəfə insan şəxsiyyətinə yönələn və cəmiyyətin inkişafının yeni tendensiyaları formasında yaranan, üzə çıxan bir sıra məsələlərin tərbiyənin məqsədlərinin də dəyişdirilməsinə gətirib çıxarır.
Tərbiyənin məqsədi yalnız cəmiyyətin sabit inkişaf dövrü zamanı kəskin olaraq dəyişilməz formada qalır, mövcud olan sosial – iqtisadi dəyişilmələr zamanı isə bu məqsədlər sabit qalmır. Yeni şərait tərbiyəçilərin qarşısında yeni məqsədlər qoyur. Deməli, tərbiyənin məqsədləri dinamikdir və cəmiyyətin tələbləri ilə dəyişir.
Tərbiyənin məqsədi uşağın davranışının korreksiyası, səhv mülahizə və qiymətlərinin düzəldilməsi, yarana biləcək deviant davranışın qarşısının alınması, eləcə də özünütərbiyə tələbatı da ola bilər.
Tərbiyənin bir sıra vəzifələri mövcuddur. Tarixin bütün inkişaf
mərhələlərində xeyirxahlıq, düzlük, humanistlik, təbiətə sevgi, azadlıq, şəxsiyyətin məsuliyyətliliyi, ciddilik kimi ümumi insani və əxlaqi dəyərlərin tərbiyənin vəzifələrində birincili mövqedə durur.
Q.M.Xocaspirova tərbiyənin aşağıdakı vəzifələrinin diqqət mərkəzinə
gətirilməsini xüsusi qeyd edir.
Gənclərdə fəlsəfi dünyagörüşü formalaşdırılması və onlara həyatın
mənasını tapmaga kömək göstərilməsi;
Sosial mühitin müxtəlif sferalarında insanların təbii istedadının, yaradıcılıq potensialının üzə çıxarılması, inkişafında və ünsiyyətdə şəxsiyyətin mənalı fəaliyyətinin təmin edilməsi;
Şəxsiyətin əxlaqi mədəniyyətinin, humanistik əxlaqi normalarını təşkil edən ümumi davranış təcrübəsinin formalaşdırılması;
«Mənlik şüuru»nun və ləyaqət hissinin, öz şəxi həyatına dəyərli münasibətin, proqressiv məqsədlərinin həyata keçirilməsi və planlaşdırılması üçün tələbat və hazırlığın, özünüdərketmə, özünütəyinetmə, özünügerçəkləşdirmə, özünüidarə etmək qabiliyyətinin və obyektiv özünüqiymətləndirmənin formalaşdırılması;
Vətəndaşlıq hissinin tərbiyə edilməsi;
Əqli tərbiyəyə, şüurlu fəaliyyət təcrübəsinə, biliklərə, bacarıq və vərdişlərə, yaradıcılıq qabiliyyətinə, fasiləsiz təhsilə və özünütəhsilə tələbatın formalaşdırılması;
Ekoloji tərbiyənin həyata keçirilməsi;
Şəxsiyyətlərarası münasibətlərdə mədəniyyətin, hisslərin və təcrübənin inkişafını təmin etmək;
Fiziki tərbiyəyə, sağlam həyat tərzinə tələbatın inkişafı;
Ailə həyatına, ailə-məişət, cinsi tərbiyəyə hazırlığın formalaşdırılması;
Əməyə zəruri münasibətlərin formalaşdırılması və əmək fəaliyyətinə hazırlıgın tərbiyəsi.
İ.F.Demidova tərbiyənin aşağıdakı psixoloji qanunauyğunluqlarını göstərir:
Uşağın hər bir hərəkəti özünün daxili məzmununa malikdir. Eyni bir
davranış aktı və ya hərəkəti müxtəlif şagirdlərdə fərqli dəyərlərə, motivlərə və təhriklərə malik ola bilər.
Uşaq öyrənərək inkişaf edir və inkişaf etdikcə öyrənir. Bu proseslər
əlaqəlidir, lakin paralel formada getmir. Tərbiyə və öyrənmə uşağın psixi inkişafı prosesinə daxil olur, lakin onun üzərində qurlmur. Buna görə də tərbiyənin və öyrənmənin əsas vəzifəsi inkişafı canlandırmaq və onu inkişafını istiqamətlədirməkdir.
Uşağın fərdi-psixoloji xüsusiyyətləri, qabiliyyətləri, xarakter cizgiləri
müxtəlif yaş mərhələlərində, eyni zamanda müxtəlif fərdlərin psixi fəaliyyət xüsusiyyətlərinin inkişafının müxtəlifliyində özünü göstərir ki, bu da şəxsi fəaliyyət zamanı nəzərə alınmalıdır.
İstənilən cəmiyyətin varlığını müəyyən qanunlarsız və öhdəliklərsiz
təsəvvür etmək mümkün deyil. Məhz elə buna görə tərbiyənin məqsədi cəmiyyətə qədəm qoyan hər bir yeni vətəndaşın bu normaları bilməsi və daimi izləməsini təmin etməkdən ibarətdir. Tərbiyə sistemini təşkil etməzdən öncə fərdi dəyərlərin və cəmiyyət normalarının bilinməsi və izlənməsi önəmlidir.
Öyrənmədən fərqli olaraq subyektin formalaşdırılmasına yönəldilən
tərbiyə prosesi daha çox tərbiyə olunanın şüuraltı sferasına yönəlir. Ancaq hələ ki, bizə şüuraltına birbaşa təsirin bir üsulu məlumdur. Bu da təqliddir. Uşağın öz yaxın əhatəsində rast gəldiyi davranış etalonları demək olar ki, onun bütün həyatı boyu davranışının istqamətini təyin edir.