Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Mexanikləşdirmə və Avtomatlaşdırma fakültəsi
Metalşünaslıq və maşın mexanikası kafedrası
Fənnin adı: Materialşünaslıq
Mövzu: Metalların atom-kristal quruluşu
Məruzəçi: Texnika elmləri namizədi, dosent Aslanov Telman İmran oğlu
MÜHAZİRƏNİN PLANI
Kristallik və amorf cismin qızma və soyuma prosesləri
Kristal fəza qəfəslərinin tipləri
Soyuma zamanı metallarda polimorf çevrilmələr
ƏDƏBİYYAT
Aslanov T.İ. Metallar texnologiyasının əsasları və tikintidə qaynaq işləri. Bakı,”Təhsil” NPM-2002, 528 səh.
Şükürov R. Metalşünaslıq, Bakı, 2009
Fakültəsinin Elmi-metodiki
Şurasında təsdiq olunmuşdur.
01.09.2020
Bakı-2021
Mövzu 1: Metalların atom-kristal quruluşu
Təbiətdə bərk cisimlərin xassələrinə görə bir-birindən fərqlənən iki - kristallik və amorf - növü mövcuddur. Kristallik cisimlər ərimə temperaturuna qədər öz formasını saxlayır və bir aqreqat halından digərinə keçid sabit temperaturda baş verir (şəkil 1).
Şəkil 1. Kristallik cismin qızma (1) və soyuma (2) əyriləri :
a- ərimə və bərkimənin başlanğıcı;b- ərimə və bərkimənin sonu
Amorf cisimlər isə qızma zamanı temperatur intervalında tədricən yumşalır, sonra isə maye hala keçir. Soyuma zamanı əks proses gedir (şəkil 2). Amorf cismin (məsələn, qətran) atomları nizamsız (xaotik) şəkildə yerləşir.
Metal və metallik ərintilər kristallik cisim olub atomları nizamlı-qanunauyğun şəkildə düzülür və bir-birinə nəzərən müəyyən istiqamətdə yerləşən çoxlu sayda (101-104 sm-2 ) xırda kristallardan ibarətdir. Metalların bir çox xassələri (deformasiyaolunma, istilik - və elektrikkeçirmə və s.) onların kristal quruluşundan və atomlar arası əlaqənin xarakterindən asılıdır. Məlum olduğu kimi atomlar arasında dörd tip kimyəvi əlaqə yarana bilər: metallik, ion, kovalent və vandervaals (molekulyar) əlaqə. Metal və ərintilərdə müsbət yüklü ionlar və metalın həcmində bərabər paylanmış valent elektronlar arasında metallik əlaqə yaranır. Belə əlaqə A qrupunun bütün yarımqruplarında və B qrupunun I-III yarımqruplarında yerləşən elementlərə xasdır. Metallik əlaqənin xarakterik xüsusiyyəti müsbət yüklü ionla zəif əlaqədə olan elektronların metalın daxilində sərbəst yerdəyişməsidir. Bu elektronlar elektron qazı şəklində fasiləsiz olaraq hərəkət edir və onlar hər hansı bir atoma deyil, bütün atomlara məxsusdur. Elektronların ionla zəif əlaqəsi və metalın daxilində sərbəst hərəkəti metalın plastikliyini, istilik - və elektrikkeçirməsini müəyyən edir.
Dostları ilə paylaş: |