Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universiteti



Yüklə 285,65 Kb.
səhifə1/2
tarix28.02.2023
ölçüsü285,65 Kb.
#85982
  1   2
movzu 1


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti

Mexanikləşdirmə və Avtomatlaşdırma fakültəsi


Metalşünaslıq və maşın mexanikası kafedrası

Fənnin adı: Materialşünaslıq


Mövzu: Metalların atom-kristal quruluşu

Məruzəçi: Texnika elmləri namizədi, dosent Aslanov Telman İmran oğlu

MÜHAZİRƏNİN PLANI


  1. Kristallik və amorf cismin qızma və soyuma prosesləri

  2. Kristal fəza qəfəslərinin tipləri

  3. Soyuma zamanı metallarda polimorf çevrilmələr

ƏDƏBİYYAT



  1. Aslanov T.İ. Metallar texnologiyasının əsasları və tikintidə qaynaq işləri. Bakı,”Təhsil” NPM-2002, 528 səh.

  2. Şükürov R. Metalşünaslıq, Bakı, 2009

Fakültəsinin Elmi-metodiki


Şurasında təsdiq olunmuşdur.
01.09.2020
Bakı-2021


Mövzu 1: Metalların atom-kristal quruluşu
Təbiətdə bərk cisimlərin xassələrinə görə bir-birindən fərqlənən iki - kristallik və amorf - növü mövcuddur. Kristallik cisimlər ərimə temperaturuna qədər öz formasını saxlayır və bir aqreqat halından digərinə keçid sabit temperaturda baş verir (şəkil 1).





Şəkil 1. Kristallik cismin qızma (1) və soyuma (2) əyriləri :
a- ərimə və bərkimənin başlanğıcı;b- ərimə və bərkimənin sonu

Amorf cisimlər isə qızma zamanı temperatur intervalında tədricən yumşalır, sonra isə maye hala keçir. Soyuma zamanı əks proses gedir (şəkil 2). Amorf cismin (məsələn, qətran) atomları nizamsız (xaotik) şəkildə yerləşir.


Metal və metallik ərintilər kristallik cisim olub atomları nizamlı-qanunauyğun şəkildə düzülür və bir-birinə nəzərən müəyyən istiqamətdə yerləşən çoxlu sayda (101-104 sm-2 ) xırda kristallardan ibarətdir. Metalların bir çox xassələri (deformasiyaolunma, istilik - və elektrikkeçirmə və s.) onların kristal quruluşundan və atomlar arası əlaqənin xarakterindən asılıdır. Məlum olduğu kimi atomlar arasında dörd tip kimyəvi əlaqə yarana bilər: metallik, ion, kovalent və vandervaals (molekulyar) əlaqə. Metal və ərintilərdə müsbət yüklü ionlar və metalın həcmində bərabər paylanmış valent elektronlar arasında metallik əlaqə yaranır. Belə əlaqə A qrupunun bütün yarımqruplarında və B qrupunun I-III yarımqruplarında yerləşən elementlərə xasdır. Metallik əlaqənin xarakterik xüsusiyyəti müsbət yüklü ionla zəif əlaqədə olan elektronların metalın daxilində sərbəst yerdəyişməsidir. Bu elektronlar elektron qazı şəklində fasiləsiz olaraq hərəkət edir və onlar hər hansı bir atoma deyil, bütün atomlara məxsusdur. Elektronların ionla zəif əlaqəsi və metalın daxilində sərbəst hərəkəti metalın plastikliyini, istilik - və elektrikkeçirməsini müəyyən edir.


Yüklə 285,65 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin