Alt standart-əsas standartda ifadə olunmuş fikrin müəyyən hissəsidir.
Ağa - 1. Hakim, istismarçı siniflərə mənsub adam; mölkədar, bəy, zadəgan.
2. Keçmişdə seyidlərə, ruhanilərə verilən ləqəb. // Keçmişdə ziyalılara möraciət
edərkən söylənilirdi; cənab. 3. Sahib, sahibkar, yiyə, hakim.
Asma bağlar – Babilin əfsanələrdə təsvir edilən bağlarına verilən ad.
Əfsanəyə görə Assuriya məlikəsi Semiramida tərəfindən salınmışdır.
Beynəlxaq aləm – bir-biri ilə iqtisadi, mədəni, sosial, siyasi mğnasibətlər
saxlayan dünya dövlətləri nəzərdə tutulur.
Burjua inqilabı – hərfən çevriliş deməkdir. Köhnə quruluşu yenisi ilə əvəz
etmək. Fedalizimdən kapitalizimə keçid zamanı burjua inqilabları baş
vermişdir.
Canişin - 1. Bir mənsəb sahibini əvəz edən, onun yerində oturan şəxs. 2.
tar. Çar Rusiyasında: ucqar vilayəti padşah adından idarə edən və ali
hakimiyyət höquqlarına malik olan şəxs.
Canişinlik - tar. 1. Canişin vəzifəsi, adı. 2. Canişinin idarəsi altında olan
vilayət.
Cəmiyyət - 1. Konkret tariximaddi həyat şəraiti ümumiliyi əsasında
birləşmiş insan toplusu. 2. Hər hansı (mənşə, vəziyyət, mənafe və s.) ümumiliyi
əsasında birləşən adamlar mühiti. 3. Qarşılarına ömumi məqsəd qoymuş
adamlar birliyi; təşkilat.
Cihaz - 1. Hər hansı bir işi görmək üçün alət, aparat, mexanizm. 2. fiziol.
Orqanizmdə möəyyən vəzifə ifa edən orqanlar. 3. köhn. Cehiz.