Inteqrasiya- müəyyən təhsil sistemi çərcivəsində şagirdlərin təfəkküründə
dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq, onları inkişaf və
özünüinkişafa istiqamətləndirmək məqsədilə təlimin bütün məzmun
komponentləri arasında struktur əlaqələri qurmağı və onları sistemləşdirməyi
tələb edən didaktik prinsipdir. Dünyanın təhsil təcrübəsində şaquli və üfüqi
olmaqla onun iki növündən istifadə edilir.
İdrakfəaliyyəti- idrak prosesində həyata keçirilən fəaliyyətdir. Psixoloqların
fikrincə, idrak fəaliyyətində bilmək, anlamaq, tətbiq etmək, təhlil etmək, sintez
etmək və dəyərləndirmək əsas mərhələlər hesab olunur. Müasir təhsil
konsepsiyasına görə, şagirdin təlim fəaliyyətinin psixopedaqoji əsasını məhz
həmin parametrlər təşkil edir. Ona görə də “hafizə məktəbi”ndən fərqli olaraq
“təfəkkür məktəbi”ndə təlim standartları hazırlanarkən onlar əsas götürülür.