Feodal dövlətləri – feodalizm prinsipləri əsasında qurulmuş dövlətlər.
Fəaliyyət - 1. Hər hansı bir sahədə iş, çalışma; fəallıq göstərmə; aktivlik.
2. Iş, işləmə.
Fironlar - 1. Qədim Misir padşahlarına verilən ad. 2. məc. çox məğrur,
kibrli, zülmkar adam haqqında. 3. Dini və əxlaqi. Fironluq dinsizlik, özünü
Allah etməyin simvolu.
Geosiyasi – müəyyən bir əraziyə, bölgəyə aid, onun sərhədlərinə məxsus
siyasət.
Heroqlif yazı - Ideoqrafik yazı sistemində heca və ya səs bildirən fiqurlu
işarə. Qədim Misirdə bu yazı növündən istifadə edilib.
Hicri təqvim – Peyğəmbərimiz Həz. Məhəmmədin (s.a.s.) Məkkədən
Mədinəyə hicrət etdiyi günü başlangıc olaraq qəbul edilən tarix. (622-ci il).
Miladi və Rumi tarixlər kimi burada da on iki ay vardır. Hicri tarix Məhərrəm
ayı ilə başlayır, Zilhiccə ile başa çatır. On iki ayın adları aşağıdakılardır:
Məhərrəm, Səfər, Rəbiül-əvvəl, Rəbiül-axır, Cəmaziyəl-əvvəl, Cəmaziyəl-axır,
Rəcəb, Şaban, Ramazan, Şəvval, Zilqədə, Zilhiccə.
Humanist siysət - Insanpərvərcəsinə, insansevərcəsinə, insancasına, insani
prinsiplərə əməl edən dövlət.
Hegemon dövlət - Birincilik, rəhbərlik; gücdə, təsirdə üstünlük;
hakimiyyət, ağalıq edən dövlət.
Xronologiya - Tarixi ardıcıllıq. Zamanın ardıcıl düzlüşü.
115
İbtidai icma – İnsanların sürü və qəbilə halında yaşayış tərzi. Bəşəriyyət
tarixinin ən qədim (ilk) dövrlərinə aid olan