Mədəniyyətlərarası əlaqə - Müxtəlif dinlərə məxsus olan insanların bu
dinlərin ortaq dəyərlərini əsas götürərək bir-birləri ilə fərdi və ya toplu olaraq
əlaqə saxlaması.
Məhsuldar qüvvə - maddi nemətlər istehsal etmək üçün alətlər və onları
işlədib maddi nemətlər istehsal edən adamlar.
Məmur – 1. is. Dövlət idarələrində (əsasən, məhkəmə, polis və s.) çalışan
qulluqçu; dövlət xidmətçisi, çinovnik. 2. sif. Müəyyən bir iş, vəzifə görməyə
əmr və ya tapşırıq almış.
Mənafe - 1. Mənfəət, fayda, nəf, xeyir. 2. Bir kəsin, bir şeyin rifahını təşkil
edən, onun xeyrinə olan, ehtiyac və tələblərinə xidmət edən şey.
Mənbə - 1. Yeraltı suların çıxdığı yer; qaynaq, bulaq, çeşmə. 2. məc.
Əsasını, başlanğıcını təşkil edən şey. Tarixi araşdırmalar zamanı tapılan lazımı
əşya və s. Şeylər.
Mixi yazı – Qabaq Asiyanın qədim xalqlarında (Assuriyada, Babilistanda,
qədim İranda) gil və ya daş üzərində mıxşəkilli cızıqlardan ibarət yazı üsulu.
Mikroskop - Adi gözlə görönməyən şeylərə baxmaq üçün çox böyüdücü
şüşələr sistemi olan optik cihaz.
Miladi təqvim – Həzrəti-İsanın anadan olduğu göndən başlanan,
hesablanan tarix.
Dostları ilə paylaş: |