tam orta təhsil səviyyəsində ümumi orta təhsil səviyyəsindəki fəaliyyətləri
genişləndirməklə tarixi inkişafa və sivil mədəniyyətə nümunə ola biləcək, habelə
tarixən bağlı olduğumuz ölkələrin və xalqların tarixində baş verən mühüm məqamlar,
sosial-iqtisadi, siyasi və mədəni proseslər, beynəlxalq münasibətlər, cəmiyyətlərin
inkişafının islahat və inqilab yolları, aqrar sivilizasiyadan sənaye sivilizasiyasına
keçid, müasir informasiya cəmiyyəti, dünyada gedən inteqrasiya prosesləri,
bəşəriyyəti narahat edən qlobal problemlər haqqında ümumi məlumatlar
mənimsənilir, şagirdlərdə sosial-iqtisadi və siyasi prosesləri, cəmiyyət və şəxsiyyət
münasibətlərini səciyyələndirən faktları, siyasi və ictimai hərəkatlar, ictimai inkişafda
maddi və mənəvi mədəniyyətin, insan amilinin rolu haqqında informasiyaları
sistemləşdirmək və təqdim etmək bacarıqları formalaşdırılır.
“Təhsil haqqında” Azərbaycan Respublikasının qanununun tələblərinə müvafiq
olaraq icbari təhsil ümumi orta təhsil bazasında tamamlandığından respublikanın
11
ümumtəhsil məktəblərində ümumi tarix üzrə təlimin məzmunu əvvəlki dövrlərdən
fərqli olaraq konsentrik prinsipə əsasən aşağıdakı qaydada qurulmuşdur: