Dövlət quruculuğu – Dövlətin formalaşması üçün və ya daha da
təkmilləşdirilməsi üçün onun siyasi, hüquqi, iqtisadi, sosial, hərbi və s.
mexanizmlərinin qurulması, təkmilləşdirilməsi.
Dünya mğharibəsi – Dünyanın bir sıra dövlətlərinin ittifaq halında
qruplaşaraq, ətraflarına başqa dövlətləri də toplayaraq bir-birləri ilə müharibə
aparması. Tarixdə iki belə müharibə mövcud olmuşdur: 1914-1918-ci illərdə və
1939-1945-ci illərdə.
Ellin mədəniyyəti – Qədim Yunanıstanın adı Ellin olduğuna görə qədim
yunan mədəniyyətinə bu adı vermişlər. Ellin mədəniyyəti deyərkən ən qədim
yunan mədəniyyəti nəzərdə tutulur.
Era - İl hesabının başlandığı zaman, tarix başlanğıcı. Era-1000 ilə
bərabərdir.
Bizim era,- buna yeni era da deyirlər. Həzrəti-İsanın doğulduğu zənn edilən
göndən başlanan tarix.
Bizim eradan əvvəl - Həzrəti-İsanın doğulduğu zənn edilən göndən
başlanan tarixdən əvvəl (2011 il əvvəl)