5. Mədəniyyət Şagird: 5.1. Mədəniyyətləri və sivilizasiyaları qiymətləndirir. 5.1.1. Mədəniyyətlərin inkişafına təsir edən amilləri izah edir.
5.1.2. Mədəniyyətlərarası və sivilizasiyalararası qarşılıqlı təsiri və ziddiyyətləri izah
edir.
5.1.3. Mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə dair esse və hekayələr
yazır.
X sinif X sinfin sonunda şagird:
ölkələrdə baş verən dəyişiklikləri tarixi zaman baxımından qiymətləndirir;
dünyada və Azərbaycanda baş verən hadisə, proses və təzahürlər arasında
əlaqələri tarixi zaman baxımından izah edir;
ölkə və xalqların sosial-iqtisadi və mədəni həyatında baş verən dəyişiklikləri
məkan baxımından qiymətləndirir;
geosiyasi dəyişikliklərin cəmiyyətin sosial-iqtisadi, siyasi həyatına təsirini
təhlil edir;
tarixi şəxsiyyətləri mənsub olduqları dövlətlərin mənafeyi baxımından
qiymətləndirir;
ənənəvi
və
sənaye
cəmiyyətlərini
mədəniyyətin
inkişafına
və
mədəniyyətlərarası münasibətlərə görə qiymətləndirir.