Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə17/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   13   14   15   16   17   18   19   20   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

 
 
V sinif 
 
V sinfin sonunda şagird:

dinlədiyi məlumatlarda əsas fakt və hadisələri müəyyənləşdirir; 

dediyi fikri fakt və nümunələrlə əsaslandırır; 

lüğətdən istifadə etməklə tanış olmayan sözlərin mənasını müəyyənləşdirir; 



mətni tələffüz qaydalarına uyğun oxuyur;

mətndəki əsas fikri müəyyənləşdirir;

mövzu ilə bağlı topladığı materialları ümumiləşdirir; 

mətnin tərkib hissələrini fərqləndirir; 

müxtəlif əməli yazılar (elan, məktub) yazır;

cümlənin məqsəd və intonasiyaya görə növləri, sözün səs tərkibi
semantikası, tərkibi, yaranma üsulları və qrammatik mənasına (ad, əlamət, 
hərəkət bildirməsi) aid xüsusiyyətləri mənimsədiyini nümayiş etdirir; 

sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir, cümlənin 
sonunda və dialoqlarda durğu işarələrini tətbiq edir.
 
Məzmun xətləri üzrə əsas və alt-standartlar 
 
1. Dinləyib-anlama və danışma 
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir. 
1.1.1. Danışanın fikrini verdiyi suallar əsasında aydınlaşdırır. 
1.1.2. Dinlədiyi məlumatlardakı əsas faktları seçir. 
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir. 
1.2.1. Deyəcəyi fikrə müvafiq ifadə forması seçir. 
1.2.2. Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır. 
1.2.3. Danışarkən mimika və jestlərdən yerli-yerində istifadə edir. 
1.2.4. Hər hansı fakt və hadisə ilə bağlı fikir bildirir.
 
2. Oxu 
Şagird:
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir. 
2.1.1. Lüğətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını 
müəyyənləşdirir. 
2.1.2. Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.


2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir. 
2.2.1. Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur. 
2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir. 
2.2.3. Mətndəki əsas fikri müəyyənləşdirir.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin