fərqli yanaşmalara və şəxsi düşüncələrə əsaslanan
müxtəlif üslublu mətnlər
yazır, təkmilləşdirir;
müxtəlif əməli yazılar (referat, təqdimat) yazır;
sözlərdən və müxtəlif cümlə konstruksiyalarından üslubi imkanlarına görə
istifadə edir;
yazıda durğu işarəsi və orfoqrafiya qaydalarına əməl edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird:
1.1. Dinlədiyi fikri dəyərləndirir.
1.1.1. Dinlədiyi və KİV-dən aldığı məlumatları təhlil edir.
1.1.2. Dinlədiyi və KİV-dən aldığı məlumatlara münasibət bildirir.
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
1.2.1. Fikrini müxtəlif üslublarda ifadə edir.
1.2.2. Əsaslandırılmış fikir və mülahizələr söyləyir.
1.2.3. Yardımçı vasitələrdən istifadə etməklə müxtəlif nitq nümunələri qurur.
1.2.4. Problemlə bağlı fakt və dəlillərlə əsaslandırılmış təqdimatlar edir.
2. Oxu
Şagird:
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.
2.1.1. Öyrəndiyi söz və ifadələrin üslubi xüsusiyyətlərini izah edir.
2.1.2. Söz və ifadələrə əsasən oxuduğu mətnləri üslubi
xüsusiyyətlərinə görə
müqayisə edir, qiymətləndirir.
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.
2.2.1. Üslubi xüsusiyyətlərini nəzərə almaqla mətni oxuyur.
2.2.2. Mətnin məzmununu saxlamaqla strukturunu dəyişir.
2.2.3. Mətni məzmunununa əlavələr etməklə genişləndirir.
Dostları ilə paylaş: