Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə33/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   29   30   31   32   33   34   35   36   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


II. Təlim strategiyaları 
Təlim strategiyaları - müəllimin təlim prosesində istifadə etdiyi forma, üsul 
və texnikaları əhatə edir. Bu vaxta qədər Azərbaycan pedaqoji ədəbiyyatında 
həmin anlayışdan istifadə edilmirdi. Lakin son vaxtlar təhsil islahatının həyata 
keçirildiyi bir dövrdə fənn kurikulumları hazırlanarkən təlim strategiyası anlayışına 
müraciət edilməyə başlanılmışdır.  
Yeni kurikulumlarda təlim strategiyaları anlayışının işlənməsi və pedaqoji 
prosesin təşkilində ondan daha səmərəli şəkildə istifadə olunması, ilk növbədə, 
əsas pedaqoji anlayışlardan biri kimi təhsilin müasir tələblər baxımından izahını 
tələb edir. Başqa sözlə, təhsilə təkcə nəticə, yaxud sadəcə proses kimi deyil, daha 
geniş məna çalarına malik ifadə tərzi kimi yanaşılması lazım gəlir. Xüsusən 
təhsilin şəxsiyyətyönümlü xarakteri ona bir neçə mövqedən yanaşmağı tələb edir: 
təhsil dəyərdir, təhsil sistemdir, təhsil prosesdir, təhsil nəticədir.
İlk növbədə, təhsilə özündə dili, mentaliteti, milli bacarıqları, adət-ənənələri 
ehtiva edən dəyər kimi baxılır. Bu dəyərlərin formalaşmasında şəxsiyyətin 
istiqamətləndirilməsi, mədəniyyətlilik, kollektivcililik, sistemlilik, bütövlük əsas 
aparıcı prinsiplər kimi çıxış edir. 
Özünəməxsus sistemə malik olan təhsil, pillələri
ilə mövcuddur. Gözlənilən 
nəticələri ilə fərqlənən bu pillələr bir-birini tamamlayır və ardıcıl sıralanmaqla 
təhsilin ümumi sistemini təşkil edir. Ona görə də təhsilə bir sistem kimi baxılır. Bu 
zaman 
demokratikləşmə, 
humanistləşdirmə, 
differensasiya, 
fərdiləşmə, 
sosiallaşdırma, variativlilik və inkluzivlik aparıcı prinsiplər kimi əsas rol oynayır.
Təhsil insanın sosiallaşma prosesində ümumbəşəri və milli dəyərlərə 
yiyələnməsini davamlı bir fəaliyyət kimi əhatə etdiyindən ona həm də proses kimi 
yanaşılır. Onun didaktik əsasını isə təbiətə müvafiqlik, praktiklik, istiqamətlilik, 
variativlik, mərhələlilik, fərdi ehtiyacların nəzərə alınması və fasiləsizlik təşkil 
edir.
Təhsil həm də bütövlükdə müəllim və şagird fəaliyyətinin yekunu 
olduğundan ona nəticə kimi baxılır. Bütöv bir mərhələli prosesin sonu kimi 
dəyərləndirilir. 


Yeni fənn kurikulumlarında təlim strategiyaları aşağıdakı məsələləri əhatə 
edir: 

pedoqoji prosesin təşkili prinsipləri 

fənn üzrə təlimin planlaşdırılması 

təlimin təşkilində istifadə olunan forma və üsullar 
Təlim prosesi daima ardıcıl olaraq inkişaf edir. Müxtəlif zamanlarda 
özünəməxsus xarakter kəsb edir. Şəxsiyyətyönümlü təhsil sistemində pedaqoji 
prosesin mərkəzində dayanan müəllim və şagirdlərin funksiyaları dəyişir. Onların 
fəaliyyəti əvvəlcədən müəyyən olunmuş nəticələrə əsasən qurulur. Müəllim 
kurikulumlara uyğun inteqrasiya olunmuş planlarla yanaşı, yeni texnologiyalar 
hazırlayır, yaxud mövcud olanların içərisindən ən münasibini seçir. Bu 
texnologiyaların müəyyən olunmasında müəllim və şagird şəxsiyyəti təlimin 
aparıcı subyekti kimi çıxış edir. Münasibətlər “subyekt+subyekt” formulasına 
uyğun üfüqi istiqamətdə qurulur. Bu zaman şagirdlər öz təfəkkürünün
düşüncəsinin, müəllimlər isə şagirdin inkişafı ücün şəraitin təşkilatçısı olur. 
Müəllimlərin rəhbərlik funksiyası dəyişir, informasiya vermək sahəsindəki 
fəaliyyəti məhdudlaşır. O, daha çox sinif şəraitində təlim fəaliyyətini 
əlaqələndirən, istiqamətləndirən məsləhətci kimi şagirdlərin müstəqil idraki 
fəaliyyətini, fəal yaradıcılığını təşkil edən subyektə çevrilir. Pedaqoji prosesin 
düzgün qurulmasında mühüm didaktik prinsiplərə istinad olunur. Azərbaycan dili 
fənnində yeni kurikulumlara uyğun pedoqoji prosesin təşkilində aşağıdakı ümumi 
prinsiplərin əsas götürülməsi zəruri hesab edilir: 


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin