Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


 Nitq və dil bacarıqlarına yiyələnməklə ümumi nitq inkişafının təmin



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə36/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   32   33   34   35   36   37   38   39   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

2. Nitq və dil bacarıqlarına yiyələnməklə ümumi nitq inkişafının təmin 
olunması. Azərbaycan dili təlimində əsas məqsədə nail olmaq üçün şagirdlərin 
nitq inkişafının təmin olunması vacib hesab edilir. Ona görə də təlim prosesində 
şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsi, cümlə qurmaq vərdişlərinin 
formalaşdırılması, rabitəli nitq nümunələrinin hazırlanması mühüm istiqamətlər 
kimi diqqət mərkəzində saxlanılır.
Şagirdlərin nitq fəaliyyətinin növləri (dinləyib-anlama, danışma, oxu, yazı) 
üzrə müvafiq bacarıq və vərdişlərə yiyələnmələri zəruri hesab edilir. Eyni zamanda 
Azərbaycan dilinin şifahi və yazılı formalarına aid ən zəruri dil qaydalarının (zəruri 
dil materiallarının) öyrənilməsi nəzərdə tutulur.
İstər nitq fəaliyyətinin növləri, istərsə də dil qaydaları üzrə bacarıqların 
mənimsənilməsi ümumi nitq inkişafını təmin edir.
3. Davamlı təhsil prosesində, praktik fəaliyyətdə istifadə üçün potensial 
bilik və bacarıqların mənimsənilməsi. Ədəbi dilin ən zəruri normaları ilkin 
olaraq ana dili fənni vasitəsilə öyrədilir. Bu proses ardıcıl olaraq digər fənlərin 
tədrisində də davam etdirilir. Tədris prosesinin hər bir anında Azərbaycan 
dilindən bir öyrənmə vasitəsi kimi istifadə olunur. Bu prosesdə şagirdin lüğət 
ehtiyatı zənginləşir, qrammatik-üslubi bacarıqları möhkəmlənir. Bütövlükdə şifahi 
və yazılı nitqlə bağlı imkanları genişlənir. 
Bu bilik, bacarıq və vərdişlərin müəyyən edilməsi və reallaşdırılmasında 
başlıca olaraq iki istiqamət diqqət mərkəzində saxlanılır. Onlardan birincisi 
mənimsənilmiş bilik, bacarıq və vərdişlərdən davamlı təhsil prosesində istifadə 
olunmasıdır. İkincisi isə qazanılmış bilik və bacarıqlardan praktik fəaliyyətdə 
istifadə edilməsidir. 
Ümumtəhsili başa vuran hər kəs təhsilini müxtəlif formalarda müstəqil 
davam etdirməli, həyatını, fəaliyyətini istədiyi kimi qurmalı olur. Bunun üçün 
özünün idraki, hissi və psixomotor imkanlarına əsaslanır, dinləyib-anlama, 
danışma, oxu və yazı bacarıqlarından istifadə edir. Eyni zamanda cəmiyyətin bir 
üzvü kimi həyatda praktik fəaliyyət göstərir. Azərbaycan dili təliminin 
məzmununu, strateji imkanları müəyyənləşdirilərkən bunlar nəzərə alınır. 



Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin