Bu üsuldan istifadə edilərkən öyrəniləcək mövzuya aid əsas söz (və ya söz
birləşməsi) lövhəyə yazılır. Şagirdlər həmin söz ilə bağlı ilk xatırladıqları fikirləri
söyləyir və həmin fikirlər müəllim tərəfindən lövhədə
qeyd edilir. Mövzu ilə bağlı
olan sözlər deyilən fikirlərin arasından
seçilir və əlaqələndirilir, onlardan anlayış
və yaxud ideya çıxarılır. Bu anlayış əsasında yeni materialın öyrənilməsinə
başlanır. Bu üsul həm də şifahi formada tətbiq edilə bilər.
Müzakirə
Müzakirə mövzu ətrafında ideya, məlumat, təəssürat,
təhlil və təkliflərin
qarşılıqlı mübadiləsidir. Onun əsas vəzifəsi problemi təhlil edərək həlli yolunu
tapmaq, düzgün qərar qəbul etmək üçün imkan yaratmaqdır. Müzakirə dinləmək,
təqdim etmək, sual vermək mədəniyyətini formalaşdırır,
şagirdlərin məntiqi və
tənqidi təfəkkürünü, şıfahi nitqini inkişaf etdirir.
Müzakirə apararkən əvvəlcədən şagirdlərə müzakirə qaydaları xatırladılır.
Mövzu aydın şəkildə ifadə olunur. Müzakirə prosesini inkişaf etdirən suallar
vermək və şagirdlərin cavablarını nəzərdən keçirməklə müəllim müzakirəni
tənzimləyir. Bu zaman cavabı “Bəli” və ya “xeyr” olan qapalı
suallar vermək
məqsədəuyğun hesab edilmir.
Müzakirədə mövzuya aid “Nə baş verdi? Nə üçün baş verdi? Bu başqa cür
ola bilərdimi və necə? Siz bu vəziyyətdə nə edərdiniz? Sizin fikrinizcə, həmin
obraz nə hiss etdi? Siz bu şəraitdə nə hiss edərdiniz? Bu, düz idimi? Nə üçün?”
kimi suallardan istifadə olunur.
Dostları ilə paylaş: