Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


VI mərhələ: yaradıcı tətbiqetmə və ya ev tapşırıqları



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə41/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   37   38   39   40   41   42   43   44   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

 VI mərhələ: yaradıcı tətbiqetmə və ya ev tapşırıqları 
Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini artırır. 
Bu məqsədlə şagirdlərə praktik tapşırıqlar verilir. Əgər yaradıcı tətbiqetməni 
dərhal icra etmək mümkün olmursa, o sonrakı dərslərdə həyata keçirilir. Dərsdə 
alınmış bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi üçün ən geniş yayılmış 
sərbəst iş forması ev tapşırıqlarıdır. Fəal təlim prosesində belə tapşırıqlardan 
istifadə olunur. Onların daha çox tədqiqat və yaradıcılıq elementləri (müxtəlif 
yaradıcı işlər, referatlar, layihələr, tədqiqatlar və s.) ilə zəngin olmasına diqqət 
yetirilir. 
Refleksiya və qiymətləndirmə
Qiymətləndirmə şagirdlərin təlimdəki nailiyyətlərinin dəyərləndirilməsi 
prosesidir. 
Qiymətləndirmə konkret meyarlar üzrə aparılmalıdır. Müəllim şagirdləri 
əvvəlcədən bu meyarlarla tanış etməlidir. 
Refleksiya – təlim prosesinin bütün mərhələlərini təhlil etməyə və onu 
dərindən başa düşməyə imkan verir. 


Şagirdlərə dərs zamanı təlim fəaliyyətini izləməyə kömək edə biləcək bir neçə 
sual verməklə (məsələn: biz nəticəyə necə gəlib çıxdıq? Biz nə etdik? Qarşıya 
qoyulmuş problemin həllində sizə nə kömək etdi? və s.) onların fikirlərini 
sistemləşdirmək mümkün olur. Nəticədə şagird öz tədqiqat fəaliyyətinin əsas 
mərhələlərini bir daha nəzərdən keçirir. 
Fəal dərsi səmərəli təşkil etmək üçün, ilk növbədə, müəllimin planlaşdırma 
bacarığı olmalıdır. O, dərs dediyi fənn üzrə bütün mərhələləri aydın təsəvvür edə 
bilməli, onlara aid perspektiv və cari planlar hazırlamağı bacarmalıdır. Bu zaman 
aşağıdakı sualların cavablarını özü üçün konkretləşdirməlidir. 

Nə öyrəniləcək? 

Necə öyrəniləcək? 

Hansı şəraitdə öyrəniləcək? 

Nəticələr necə qiymətləndiriləcək? 
Dərs 
planlaşdırılarkən hansı təlim standartının (standartlarının) 
reallaşdırılması müəyyənləşdirməli, ona (onlara) uyğun təlim məqsədi (təlim 
məqsədləri), müvafiq metod və vasitələr seçilməlidir. 
Fəal dərsin planında aşağıdakıların nəzərə alınması didaktik cəhətdən 
əhəmiyyətli hesab edilir. 
1. Mövzunu müəyyənləşdirmək. 
2. Standartı konkretləşdirmək. 
3. Dərsin məqsədini (məqsədlərini) müəyyən etmək. 
4. Motivasiya üçün sistem işləyib hazırlamaq. 
5. Tədqiqat sualını müəyyənləşdirmək. 
6. Aparılacaq tədqiqatın mərhələlərini planlaşdırmaq və bu zaman 
aşağıdakıları dəqiqləşdirmək: 

tədqiqat üçün tapşırıqları; 

iş üsulları və formalarını; 

məlumat mənbələrini. 
7. Müzakirə üçün suallar hazırlamaq. 
8. İdeyaları və alınacaq nəticələri qısaca ifadə etmək. 


9. Dərsin hər mərhələsinə sərf olunacaq vaxtı müəyyənləşdirmək. 
10. Qiymətləndirmə standartlarına əsasən vasitələr hazırlamaq.
11. Dərs üçün lazım olan resursları (təchizatı) müəyyən etmək. 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin