Bilirəm
İstəyirəm biləm
Öyrəndim
onun müxtəlif növlərinin olduğu göstərilir. Məsələn,
beyin həmləsi, BİBÖ,
klaster(şaxələndirmə), anlayışın çıxarılması, söz assosasiyaları, müzakirə,
akvarium, rollar üzrə oyun, Venn diaqramı, layihələrin hazırlanması və s.
Beyin həmləsi
Bu üsul əqli hücum da adlandırılır. Şagirdlərdə yeni mövzuya maraq
oyatmaq, habelə onların nəyi yaxşı (və ya pis) bildiklərini aydınlaşdırmaq
məqsədilə bu üsuldan istifadə olunur. Hazırlanmış sual lövhədə yazılır,
yaxud
şifahi şəkildə şagirdlərin diqqətinə çatdırılır. Şagirdlər suallara əsasən fikirlərini
bildirirlər. Bütün ideyalar şərhsiz və müzakirəsiz yazıya alınır. Yalnız bundan
sonra söylənilmiş ideyaların müzakirəsi, şərhi və təsnifatı başlayır. Aparıcı ideyalar
yekunlaşdırılır, şagirdlər söylənmiş fikirləri
təhlil edir, qiymətləndirir.
Dostları ilə paylaş: