bölüşdürüldükdən sonra digər şagirdlərdən kimin aparıcı,
kimin müşahidəçi
olacağını planlaşdırır.
Hazırlaşmaq üçün şagirdlərə vaxt verir.
Oyun nümayiş etdirildikdən sonra müəllim qoyulmuş problemlə bağlı
müzakirə təşkil edir.
Venn diaqramı
Əşya və ya hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini
müəyyənləşdirmək üçün bu üsuldan istifadə olunur.
Venn diaqramından istifadə prosesi aşağıdakı mərhələlər üzrə aparılır.
1. Müqayisə olunacaq əşya və hadisələr müəyyənləşdirilir.
2. Kəsişən dairələr çəkilir (ortada yazmaq üçün yer saxlanır).
3. I və III dairədə müqayisə olunacaq obyektlər qeyd olunur.
4. Şagirdlər təlimatlandırılır (təlimatda nəyin müqayisə olunacağı və
dairələrdə oxşar və fərqli cəhətlərin necə qeyd olunacağı
barədə
danışılır).
5. Müqayisə olunan obyektlər təsvir edilir: fərqli cəhətlər sağ və sol
tərəfdə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur.
6. Müqayisə nəticəsində fikirlər ümumiləşdirilir.
Layihələrin hazırlanması
Layihələrin hazırlanması müxtəlif mövzuların müstəqil şəkildə tədqiq
edilməsidir. Şagirdlər öz layihələrini təqdim etməzdən əvvəl
uzun müddət onun
üzərində işləyirlər. Layihələr şagirdlərin tədqiqat vərdişlərinin, biliklərə müstəqil
yiyələnmə bacarıqlarının formalaşmasında mühüm rol oynayır, onlara müstəqil
şəkildə öz fəaliyyət proqramlarını qurmağa, habelə öz vaxtını və işini qrafik üzrə
planlaşdırmağa kömək edir. Bu üsul həmçinin şagirdlərin bir-biri ilə,
eləcə də
məktəbdən kənarda müxtəlif adamlarla qarşılıqlı əlaqəsi üçün şərait yaradır,
hadisələrin hər hansı bir aspektini daha dərindən anlamağa imkan verir, əlavə
ədəbiyyatdan istifadə etməyə istiqamətləndirir.
Layihələr hazırlayarkən müəllim mövzu və
ya problemi müəyyən edir və
sinfə bunlardan birini seçmək imkanı verir. Problem həmçinin sinif tərəfindən
“əqli hücum” üsulu ilə seçilə bilər.
Problem konkret olmalıdır. Müəllim və şagirdlər birlikdə layihə üzərində işin
başlama və başa çatma müddətini, istifadə
olunacaq əyani vasitələri
(ədəbiyyatlar, mənbələr, təsviri vasitələr və s.) bunları əldə etmək yollarını, iş
formalarını (fərdi yoxsa, qrup şəklində) müəyyən edirlər.
İş prosesində müəllim suallara cavab verə və ya yol göstərə bilər. İşin
icrasına isə şagirdlər özü cavabdehdir.
Tədqiqatın nəticəsi hesabat, xəritə,
illüstrasiya, fotoşəkillər cədvəllər,
qrafiklər, formasında ifadə oluna bilər.
Dostları ilə paylaş: