Dərsdən əvvəl iri ağ kağızlarda (vatman) mövzuya aid suallar yazılır.
Müəllim qruplara müxtəlif sual yazılmış bir kağız verir. Qrup üzvləri sualı oxuyur
və bir cavab yazır. Kağızlar saat əqrəbi istiqamətində
müəllimin köməkliyi ilə
qruplara ötürülür. “Karusel” kimi kağızlar bütün digər qruplardan keçərək axırda
öz qrupuna qayıdır. Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və bütün sinif
cavabları müzakirə edir.
2.3. Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr
İllik planlaşdırmanın yaradılması müəllimlərin qarşısında
duran ən mühüm
vəzifədir. Planlaşdırma əsas məqsədləri müəyyənləşdirmək və onlara nail olmaq
üçün müəllimlərin fəaliyyət istiqamətidir. İllik planlaşdırmada tədris vahidinin nə
zaman və hansı ardıcıllıqla tədris ediləcəyi göstərilir.
Eyni zamanda hər fəslə
ayrılacaq vaxt göstərilir. Fənnin planlaşdırılması ardıcıllığı aşağıdakı kimidir:
1. Tədris ediləcək tədris vahidlərini məzmun standartlarına əsasən müəyyən
etmək.
2. Tədris vahidlərinin ardıcıllıq prinsiplərini müəyyənləşdirmək. (Tədris
vahidlərinin ardıcıllıqla
müəyyənləşdirilməsi dedikdə, məzmunun ardıcıllığı
(asandan çətinə doğru), xronoloji ardıcıllıq (zaman ardıcıllığı), məntiqi ardıcıllıq
(əvvəlcə o anlayışlar öyrədilir ki, onlar növbəti anlayışların açılmasında mühüm
əhəmiyyət daşıyır) nəzərdə tutulur.
3. Hər tədris vahidi üçün tədris planına əsasən vaxt bölgüsü aparmaq (Tədris
vahidləri üçün vaxt bölgüsünü müəyyənləşdirərkən fənn üzrə illik dərs saatlarının
ümumi sayı nəzərə alınır. Hər tədris vahidinə onun əhəmiyyətliliyi və
mürəkkəbliyi baxımından vaxt ayrılır.)
4. Hər bir halda şagird maraqlarını nəzərə almaq .
İllik planlaşdırma apararkən müəllim aşağıdakı sənədlərə istinad etməlidir:
• Məzmun standartları.
• Qiymətləndirmə standartları.
• Tədris planı.
• Dərslik (İstifadə olunacaq mətnlər və digər materiallar).
• Müəllim üçün vəsait.
Təqvim planı tərtib edilərkən
dərs ilinin həftələri, tədris ilində baş verəcək
mühüm hadisələr (tarixi günlər), tədris vahidlərinin
və onlara daxil olan
mövzuların adı müəyyən edilir. Hər tədris vahidi və mövzu vasitəsilə
reallaşdırılacaq məzmun standartları (alt-standartlar) seçilir,
istifadə olunacaq
mənbələr (resurslar) müəyyən edilir, hər mövzu üçün ayrılmış vaxt qeyd olunur.
Aşağıda beşinci sinif üçün illik təxmini planlaşmadan nümunəsi verilmişdir.
Dostları ilə paylaş: