“Qərarlar ağacı”
Bu üsul qərarların qəbul edilməsi zamanı alternativ yolları araşdırmaq və
təhlil etmək məqsədi daşıyır.
Müzakirə olunacaq problem müəllim tərəfindən
izah edilir və onun həlli
yollarının bir neçə variantı şagirdlərlə birlikdə müəyyənləşdirilır. 4-6 nəfərdən
ibarət qruplarda şagirdlər problemin həlli yollarının
üstünlüklərini və
çatışmazlıqlarını təhlil edir, onları “+”, və ya “-” işarəsinin qarşısında
müvafiq
qaydada qeyd edirlər. Son nəticə cədvəlin qərar hissəsində yazılır və üstü örtülür.
Bütün qrupların təqdimatından sonra müəllim əldə olunmuş nəticələri
ümumiləşdirmək üçün müzakirə aparır.
Problem
Problemin həlli
yollarının mənfi
və
müsbət
tərəfləri
Problemin həlli yolları
1-ci
həll yolu
2-ci həll yolu
3-cü həll yolu
+
-
Qərar:
Problemli vəziyyət
Bu
üsul tənqidi təfəkkürü, təhliletmə və ümumiləşdirmə vərdişlərini inkişaf
etdirir.
Müəllim əvvəlcədən problemi və müzakirə üçün sualları hazırlayır. Şagirdlər
4-5 nəfərlik qruplara bölünür. Problemli vəziyyət
əks olunmuş iş vərəqləri
uşaqlara paylanır. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə edir və
həlli yolunu göstərir. Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi müzakirə
aparılır.
Dostları ilə paylaş: