Mövzu: Kreativ, tənqidi və analetik düşüncə formaları yamşaq bacarıqların tərkib elementi kimi



Yüklə 28 Kb.
səhifə1/7
tarix02.01.2022
ölçüsü28 Kb.
#46138
  1   2   3   4   5   6   7
3 Kreativ dusunce


Mövzu: Kreativ, tənqidi və analetik düşüncə formaları yamşaq bacarıqların tərkib elementi kimi

Plan:

1. Kreativ düşüncə forması (nəzəri əsaslar və praktiki misallar)

2. Tənqidi düşüncə forması(tənqidi düşünmə prosesinin baş verməsi, faydaları və formalaşması)



3. Analitik düşüncə forması və analetik düşünmə üsulları

4. Analitik düşüncə bacarıqlarının inkişaf etdirilməsi metodları
1. Kreativ düşüncə forması (nəzəri əsaslar və praktiki misallar)

Kreativ düşüncə - bilik və təcrübələrinə müxtəlif tərzdə yanaşma bacarığıdır. Dəlilik, ağılsızlıq və mümkünsüz kimi görünən fikirlər əslində yararlı yeni ideyaların ilk addımlarıdır.

Əfsanəvi reklamcı Carl Ally’dən “kreativ insan kimdir” sualına o, belə cavab verir: “Kreativ insan çoxbilmiş olmaq istəyən insandır. O, hər şey haqda - qədim tarix, XIX əsrin riyaziyyatı, mövcud istehsal texnikaları və s. bilmək istəyəndir. Çünki o, bilir ki, bu öyrəndikləri ona nə vaxtsa yeni bir ideya olaraq qayıdacaq. Bu bəlkə də 6 dəqiqə ya da 6 il sonra baş verəcək. Ancaq o, insan inanır ki, bu nə vaxtsa mütləq olacaq.”

Onunla tamamilə razılaşmaq olar. Elm həqiqətən də yeni ideyalar yarada bilir. Ancaq yenə də, elm təkbaşına insanı kreativləşdirə bilməz.  Elə insanlar var ki, onlar çox şey haqda bilsələr də kreativ ola bilmirlər. Çünki onlar bildiklərindən istifadə etməyi bacarmırlar. Amma elə kreativliyin əsl yolu da bildiyindən necə istifadə etməyindədir. 

Sən bəzən bütün qaydaları poza  və qeyri-adi ideyalar kəşf edə bilərsən.  Qısacası, kreativ yanaşma tərzi ilə sən özünü həm dəyişikliklərə, həm də yeni imkanlara aça bilərsən.

Buna ən yaxşı misal olaraq Johann Gutenbergin adını çəkmək olar. O, iki birbiriylə əlaqəsi olmayan ideyanı birləşdirdi: şərab maşını və sikkə kəsən maşın hazırladı. Onun hazırladığı şərab maşını hələ də üzüm şərabı istehsalında istifadə olunur. Bir gün Gutenberg, 1-2 qədəh şərab içdikdən sonra zarafatla öz-özündən soruşur: “Əgər mən bu sikkələrdən götürüb şərab maşının altına qoysam, onda onların şəkli kağıza çıxar?”  və bunun nəticəsi olaraq çap maşını yarandı.

Hərbi Dəniz Donanması Admiralı Grace Hopper qeyri-peşəkar komputer istifadəçilərinə nanosaniyənin (nanosaniyə - saniyənin milyardda biri və super komputerin işlədiyi vaxt intervalı) mənasını izah etməliydi. Hopper bunu sadə yolla başa salmalı idi və o onlara sadəcə saniyənin milyardda birində gedə biləcəkləri məsafəni  izah edir. 30 sm-lik  ipi onlara göstərir və deyir: “Bu nanosaniyədir”.

1792-ci ildə fransız musiqiçi Joseph Haydnnin orkestrası üzgün idi, çünki Duke onlara söz verdiyi tətili təxirə salmışdı. Musiqiçilər Haydn’dən Duke ilə danışmağı xahiş edirlər. Haydn bir qədər düşünür və qərara gəlir ki, Duke ilə musiqi yoluyla danışsın və “Farewell Symphony” (Vida Simfoniyası) yazır. Bütün orkestr ilə bir yerdə ifa edir və ancaq bu çox az instumentə ehtiyacı olan bir əsər idi. Hər musiqiçi öz ifasını bitirdikdən sonra, şamını söndürür və səhnəni tərk edirdi. Onlar səhnə tamamilə boş qalana qədər bir-bir bunu edirlər. Duke məsələni anlayır və onalara söz verdiyi tətili verir.

Bir gün Pablo Picasso evinə gedəndə yolda köhnə bir velosiped görür. Ona bir qədər baxdıqdan sonra onun oturacaq yerini və rulunu çıxardıb götürür. Daha sonra isə onları bir-birinə qaynaq eləməklə ”The head of a bull”- Öküz başı düzəldir.

Kreativlik yeni bir şeyin yaradılması kimi müəyyən edilir. Digər tərəfdən, kreativ düşüncə idrak prosesləri və ya dünya ilə əlaqələrimizi dəyişən ideyaların yaradılmasıdır.

Kreativ düşüncə və ya qavrama, adətən, tamamilə yenilikdən ortaya çıxmır və mövcud konsepsiyalar arasında yeni əlaqələr yaratmağa meyllidir. Bu, kreativ düşüncəni əksər insanların beyninə daxil edir. Bizim hər birimiz ən yaxşı nəticəni əldə etməyə bilərik, ancaq ilkin səviyyədə verilmiş sərbəstlik sayəsində biz gündəlik olaraq icra etdiyimiz tapşırıqları müşahidə edə və onları daha yaxşı icra etməyin yollarını düşünə bilərik.

Tapşırıqların icrasına yönəlmiş, struktura malik biznes mühitində insanlar risk götürmək və müstəqillikdən qorxur və çəkinirlər ki, bu da kreativ düşünməyə mane olur.

Spontanlığa (heç bir şeylə məhdudlaşmayan davranış tərzi) və improvizasiyaya (qabaqcadan heç bir hazırlıq görmədən əsər yaratmaq; qabaqcadan hazırlaşmadan müəyyən bir hadisəyə dərhal öz münasibətini bildirmək) imkan yaradan və buna görə mükafatlandıran mühitin təşviq edilməsi kreativ düşüncə üçün şərtdir. Bundan əlavə, kreativ düşüncənin praktikada tətbiq edilməsinin qiymətləndirilməsi, yenilənməsi və həyata keçirilməsinə imkan verən proseslər effektiv ideyaların təbliğ olunduğu dayanıqlı və kreativ mühiti təşviq etmək üçün şərtdir.

Digər tərəfdən, xaosun qarşısını almaq üçün kreativ düşüncə ilə mövcud proses və struktur arasında tarazlıq qurulmalıdır. Buna görə, effektiv olmaq üçün proses ortaq məqsədə əsaslanmalıdır.

Ənənəvi iş yerinin sərhədlərini aşan bir mühitdə tənqidi düşüncə və problemlərin həll edilməsi bacarığını tələb edən timbildinq məşğələlərinin kreativ düşüncəni təşviq etdiyi sübut edilmişdir.

Necə olur ki, bəzi insanlar həmişə yeni ideyalar ortaya qoya bilir və yaradıcı düşünə bilir, bəziləri isə bunu etməkdə çətinlik çəkir? Cavab onların yaradıcı təfəkkürdən istifadə etmək qabiliyyəti ilə bağlıdır.

Yaradıcı düşünmə hər şeyə fərqli baxmaq və problemlərin həllinin yeni yollarını tapmaq qabiliyyətidir. Yaradıcı düşünmə bacarıqları mütləq şəkildə sənət adamları və musiqiçilər kimi “yaradıcı insanlara” aid bir şey deyil. Zaman-zaman yaradıcı düşünmə tərzindən hər kəs faydalana bilər.

Özünüzü yaradıcı insan kimi görüb görməməyinizdən asılı olmayaraq, yaradıcı “sağ beyin” təfəkkürünə daxil olub yeniliyə, problemlərin həllinə və dəyişikliyə yeni bir baxışdan yanaşmağa imkan verən bir sıra faydalı bacarıq və metodları öyrənə bilərsiniz.

Yaradıcılıq yeni bir şey etmək bacarığıdır. Bu bir şəkil, ya da musiqi parçası ola bilər, amma yeni bir fikir də ola bilər.

Buna görə yaradıcı düşünmə fərqli düşünmək bacarığıdır: bir problemi və ya bir məsələni yeni bir baxışdan və ya perspektivdən görmək qabiliyyətidir. Bu, tez-tez yeni bir həll yolu tapmağa və ya problemin mütləq həllinə ehtiyac olmadığını görməyə imkan verir.

Yaradıcı düşünməyə ehtiyac yaranır, çünki beynimiz təbii olaraq müəyyən “qısa həll yolları” tapmağa meyllidir. Bir məlumat əldə etdikdən sonra yenidən istifadə etməyə cəhd edirik: beləcə öyrənirik. Bunun çox böyük üstünlükləri var, məsələn, bu, hər dəfə yediyimiz zaman bıçaq və çəngəldən necə istifadə etməyimizi öyrənməməyimiz deməkdir, eyni zamanda bəzi mənfi cəhətləri var ki, etdiyimiz, gördüyümüz və ya müntəzəm dediyim şeylər barədə düşünməyi dayandırmaq istəyirik.

Bir az fərqli düşünməyi öyrənməyin böyük faydaları var. Bu, problemləri həll etmək qabiliyyətinizi yaxşılaşdırmağa və həmçinin başqalarının məsələlərə baxış perspektivlərini görməyinizə kömək edəcəkdir. Getdikcə qloballaşan dünyada daha geniş üfüqlər və daha geniş düşünmək bacarığı heç vaxt zərər verməz.



Yüklə 28 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin