Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə55/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   51   52   53   54   55   56   57   58   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

 


 
Yaradıcı tədbiqetmə 
Şagirdlərə istənilən mətndə feli bağlamaları seçmək, onların mənasını izah etmək 
və şəkilçilərini göstərmək tapşırılır. 
 
Qiymətləndirmə. Qrupların fəaliyyəti ulduz işarələri vasitəsilə meyarlar 
cədvəlinə əsasən qiymətləndirilir:
 
VII sinif 
 
Standart: 2.1.1., 4.1.2., 4.1.4. 
Mövzu: Feli bağlamanın digər nitq hissələrindən fərqləndirilməsi. 
Məqsəd:
1. Feli bağlamanı digər nitq hissələrindən fərqləndirir.
2. Cümlədə omonim şəkilçili sözlərin oxşar və fərqli cəhətlərini göstərir. 
2. Cümlədə feli bağlamaları və feli bağlama tərkiblərini tapır. 
3. Feli bağlamaların yazılışı ilə bağlı qaydalara əməl edir, durğu işarələrindən 
yerində istifadə edir.
İnteqrasiya: Ə. 1.1.1., 2.1.1
İş forması: kollektivlə iş və qrup işi. 
İş üsulu: beyin həmləsi. 
Resurs: iş vərəqləri, İKT. 
 
Dərsin gedişi 
Motivasiya 
Proyektorda göstərilmiş mətndə işarənlənmiş sözlərin struktur-semantik 
xüsusiyyətləri müəyyənləşdirilir. 
Tədqiqat sualı:
Feli bağlamanın digər nitq hissələrindən fərqləndirən xüsusiyyətlər hansılardır? 
Tədqiqatın aparılması. 


Müəllim şagirdlərə verilmiş nümələrdə qara hərflərlə işarələnmiş sözlərin fərqini 
müəyyənləşdirmələrini tapşırır. 
Gülümsərov oxumamış alimdir. 
Dərslərini oxumamış gəzməyə getmə. 
Başını üzməmiş buradan get. 
Allah bilib, dəvəyə qanad verməyib. 
Səhvini başa düşüb üzr istəmək istədi, amma artıq gec idi. 
Ayılanda ətrafında heç kimi görmədi, hamı çıxıb getmişdi. 
Uşaqda nə günah, günah belə şeyləri ona deyəndədir. 
Göyçayın gülöyşə narından çantam tutunca yığdım. 
Yol boyunca ağaclar əkilmişdi. 
Bu xəbəri eşidər-eşitməz sənin yanına gəldim. 
Kor tutduğunu buraxmaz.
Məktubu dönə-dönə oxudum. 
 
Min Qazaxda köhlən ata, 
Yalmanına yata-yata, 
At qan - tərə bata-bata 
Göy yaylaqlar belinə qalx, 
Kəpəz dağdan Göy gölə bax. (S.Vurğun) 
Sonra şagirdlər müəllimin köməyi ilə feli bağlamaların hansı mənanı ifadə etdiyini 
göstərir. 
Onlar çörəyi tikə-tikə kəsib yeyirdilər. 


Mən indi gələ bilmirəm, imtahanlarımı qurtarıb gələcəyəm. 
Kəndlilər alovun çoxaldığını görüb yaman əl-ayağa düşmüşdülər. 
Azadlıq hissi insanın qəlbində həvəs oyadaraq yaşayıb-yaratmağa ruhlandırır. 
Şahid ifadələri ilə tanış olmamış (tanış olmadan) sizə heç nə deməyəcəyəm. 
Rüstəm kişi onun nəzərə çarpan tutqunluğuna əhəmiyyət vermədən birbaşa 
mətləbə keçdi. 
Ağsaqqal sözü dinləmədən heç nə əldə etmək olmaz.
Qaraca qız tökülmüş meyvələri yığarkən gözü qara pişiyə sataşdı. 
Həyat səni güldürəndə gülmüsən, 
Hünərin var, ağladanda gül görüm. (B.Vahabzadə) 
Havanın qaraldığını görüncə ağlamağa başladı. 
Özünə gələr-gəlməz başını qaldıraraq gözləri ilə dostunu axtardı. 
 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin