Resurs: Test kitabçası, sxemlər, vatman kağızı, ağ vərəqlər, flomaster.
Dərsin gedişi
1. Motivasiya.
Tədqiqat işlərinə zəmin hazırlamaq üçün sıralar üzrə antonim sözlərə qarşılıq
tapmaq yarışı keçirilir. Sözlər müəllim tərəfindən təklif olunur. Daha çox qarşılıq
tapan sıra qalib hesab olunur. Müxtəlif fərziyyələrdən sonra şagirdlər araşdırılacaq
problemi müəyyən edir:
Şagirdlərin diqqəti vatman kağızında yazılıb yazı taxtasında asılmış cümlələrə
cəlb olunur (cümlələrin biri qarşılaşdırma
əlaqəli tabesiz mürəkkəb cümlə,
digəri
isə qarşılaşdırma əlaqəli tapeli müərəkkəb cümlə olur):
1. Babamın yaşı altmışı ötmüşdü, lakin ona əllidən artıq yaş vermək olmazdı
(İ.Əfəndiyev).
2. Babamın yaşı altmışı ötsə də, ona əllidən artıq yaş vermək olmazdı.
“Bu
cümlələrin quruluşunda, mənasında və
qrammatik xüsusiyyətlərində
oxşar və fərqli cəhətlər varmı?”
Tədqiqat sualı:
Qarşılaşdırma əlaqəli tabeli mürəkkəb cümlənin
əsas xüsusiyyətləri
hansılardır?
Tədqiqatın aparılması.
Qrup iş formasından istifadə edilir. Qruplar cümlə üzvlərinin adlarına əsasən
təşkil olunur (eyni cümlə üzvlərini seçmiş uşaqlar eyni qruplarda toplanır).
Qruplara üzərində Venn diaqramı çəkilmiş və “açar”
rolu oynayacaq
köməkçi, yönəldici suallar olan vərəqlər, həmçinin ağ vərəq və flomaster paylanır.
Suallar təxminən aşağıdakı kimi olur:
Cümlədə ifadə olunan fikirlər eyni, yoxsa müxtəlifdir?
Sinonimlik nədir?
Cümlənin quruluşca növləri hansılardır?
Hər iki cümləni təşkil edən sadə cümlələr arasında məna əlaqələri necədir?
Mürəkkəb cümlənin hansı növləri var? və s.
Uşaqlar problemin həllinə çalışırlar. Müəllim isə
imkandan istifadə edərək
Venn diaqramını yazı taxtasına da çəkir.
Dostları ilə paylaş: