Məlumatın müzakirəsi.
Təqdim olunmuş məlumatlar suallar əsasında müzakirə edilir.
Nəticə və ümumiləşdirmə.
Şagirdlər feli bağlamanı digər nitq hissələrindən fərqləndirir. Cümlədə verilmiş
omonim şəkilçili sözlərin oxşar
və fərqli cəhətlərini göstərir, feli bağlamaları və
feli bağlama tərkiblərini tapır, feli bağlamaların yazılışı ilə bağlı qaydalara əməl
edir, durğu işarələrindən yerində istifadə edir.
Yaradıcı tədbiqetmə.
Şagirdlərə verilmiş mətndəki feli bağlama və feli bağlama
tərkiblərini tapmaq və
onların omonim olduqları şəkilçilərlə müqayisə edib yazmaq tapşırılır.
Qiymətləndirmə.
Qrupların fəaliyyəti ulduz işarələri vasitəsilə meyarlar cədvəlinə əsasən
qiymətləndirilir:
IX sinif
Standart: 4.1.1, 4.1.3.
Mövzu: Qarşılaşdırma budaq cümləsi.
Məqsədlər:
1. Mürəkkəb cümlənin növlərini fərqləndirir.
2. Qarşılaşdırma
budaq cümləsinin quruluşu, onun məna və qrammatik
xüsusiyyətlərini bilir.
3. Mürəkkəb cümlədə durğu işarələrindən istifadə edir.
4. Axtarış aparır, problemli vəziyyətdən çıxış yolu tapır,
müstəqil fikir
söyləyir.
Dostları ilə paylaş: