Müəllim qrup üzvlərinin dediklərini ümumiləşdirib, lövhədəki diaqrama ya-
zır. Təxminən belə bir forma alınır:
Omonimlər
1. Mənalar tamamilə fərqlidir.
2. Mənaların hamısı həqiqidir.
3. Mənalar həm eyni, həm də ayrı-ayrı nitq hissələrinə aid olur.
4. İlkin məna ilə heç bir bağlılıq yoxdur.
5. Hansı mənanın ilk yaranması məlum olmur.
6. Lüğətlərdə ayrı-ayrı sözlər kimi ifadə olunur.
Nəticə və ümumiləşdirmə.
Qrupların təqdimatı başa çatdıqdan sonra müəllim
şagirdlərlə frontal sorğu
aparır:
- Uşaqlar, çəkdiyiniz şəkillər haqqında fikirləri dinlədik. Buradan sizə nə ay-
dın oldu?
- Başa düşdük ki, eyni söz müxtəlif mənalar ifadə edir.
- Bu mənalar bir-birindən tamamilə fərqlənirlər.
- Mənaların hamısı real həyatda var. Yəni onlar həqiqi mənalardır.
- Bəzən bir söz və 2 və daha artıq məna ifadə edə bilər. Məs: qaz.
- Mənalar həm eyni, həm də müxtəlif nitq hissələrinə aid ola bilər və s.
Müəllim şagirdlərin fikirlərinin haqlı olduğunu qeyd edir və sonra şagirdlər-
dən bir neçəsi dərslikdəki elmi məlumatı oxuyur. Digər şagirdlər onları dinləyir.
Yaradıcı tədbiqetmə
1) Müəllim şagirdlərə dərslikdəki elmi məlumatı
öyrənməyi və bədii
mətnlərdən tərkibində omonim olan cümlələri seçərək onların bildirdiyi mənaları
izah etməyi tapşırır.
2) Omonimlər lüğətindən 3 və daha çox məna ifadə edən sözlər seçərək on-
ları hər bir mənada cümlədə işlətmək.
Qiymətləndirmə.
Qrupların fəaliyyəti müəyyənləşdirilmiş meyarlar üzrə qiymətləndirilir.
Dostları ilə paylaş: