İş vərəqi 1
Çay mənbəyi və mənsəbi olan axar su kütləsidir. Dünyanın ən uzun çayı Nil,
ən bol sulusu isə Amazondur.
Azərbaycanda Kür, Araz, Viləş və s. kimi bol sulu çaylar var. Bu çayların
suyundan enerji mənbəyi və ya suvarma məqsədləri üçün istifadə olunur.
İş vərəqi 2
Çay çoxillik bitkidir. İlk vətəni Çin olub. Vətənimizdə
daha çox Lənkəran
çayı məşhurdur.
Toy mərasimi zamanı bəyin qabağına çay aparmaq elimizin adətidir.
Çay haqqında gözəl musiqilər bəstələnib.
İş vərəqi 3
Qurd yırtıcı heyvandır. O, təsərrüfatlara ziyan verir.
Bir çox nağıllarda və təmsillərdə canavar yırtıcı və acgöz insanların obrazı
kimi yaradılmışdır.
İş vərəqi 4
Qurd həşəratlar sinfinə daxildir. O, bostan bitkilərinə ziyan vurur. Amma bu-
nunla yanaşı, qurdların da təbiətdə xeyirli cəhətləri var. Tanrı təbiətdə heç nəyi ar-
tıq yaratmayıb.
İş vərəqi 5
Şam yandırılan cisimdir. Onu neft məhsullarından əldə edirlər. Klassik bədii
ədəbiyyatda şam və pərvanə obrazlarına tez-tez rast gəlinir.
Burada şam eşqi yo-
lunda cəfa çəkən aşiqə bənzədilir.
İş vərəqi 6
Şam ağacı dini ədəbiyyatda müqəddəs ağac kimi qeyd olunur. O, həmişə ya-
şıl olur. Şam ağacları bəzək kimi də istifadə olunur.
Dostları ilə paylaş: