Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə59/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   55   56   57   58   59   60   61   62   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

 
Yaradıcı tətbiqetmə 
1. ---- ---- (nə qədər) ---- sa (sə) da (də) (belə), 
-------- ------- ------ . 


Bütün sinfə müxtəlif variantda test çalışmaları verilir. Düşünmə mərhələsinin 
başlandığı bu mərhələdə şagirdlər əldə etdikləri bilikləri tətbiq edirlər. 
Qiymətləndirmə və refleksiya 
Test çalışmaları şablon üsulunun tətbiqi ilə qısa zaman ərzində yoxlanılır. 
Beləliklə, mövzunun şagirdlər tərəfindən dərs prosesində mənimsənilmə 
səviyyəsinin müəyyən edilməsi, şagirdlərin bütünlüklə qiymətləndirilməsi üçün 
imkan yaranır. Biliklər şəraitə uyğun olaraq ya qrup, ya da fərdi şəkildə 
qiymətləndiriıir. 
Başa çatmış prosesin şüurda inikası – refleksiya üçün aşağıdakı kimi 
suallardan istifadə edilir: 
1. Biz nəyi öyrənirik? 
2. Qarşılaşdırma budaq cümləsi baş cümləyə hansı vasitələrlə bağlanır? 
3. Belə cümlələr sadələşə bilərmi? və s. 
Sonda müəllim şagirdlərə dərs haqqında öz təəssüratlarını (esse) yazmağı 
tapşırır. (Dərs necə keçdi, sizin xoşunuza gəldimi? Siz bu dərsdə öz 
fəaliyyətinizdən razı qaldınızmı? Nə təklifiniz var?) 
Vərəqlərin yığılması və ev tapşırıqlarının verilməsi ilə dərs yekunlaşır. 
 
X sinif 
 
Standart: 4.1.1., 4.1.2. 
Mövzu: Müasir Azərbaycan ədəbi dilinin normaları. 
Məqsədlər:
Müasir Azərbaycan ədəbi dilinnin normalarını fərqləndirir. 
İnteqrasiya: Az-t. 1.2.2., 1.2.4. 
İş forması: kollektiv və fərdi
İş üsulu: beyin həmləsi, mühazirə, müzakirə 
Resurs: dərslik, iş vərəqləri. 
 


Dərsin gedişi 
 
Motivasiya. 
Proyektorda mətn təqdim olunur. Şagirdlərə səhv yazılmış və düzgün 
yerində işlənməyən sözləri tapmaq tapşırılır. Mətndəki səhv yazılmış, yersiş 
işlənmiş sözlər, yerində işlənməyən cümlə üzvləri tapılır və yeni dərsin adı 
müəyyənləşdirirlir.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin