Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə62/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   58   59   60   61   62   63   64   65   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

Məzmun standartalrının şərhinə aid verilmiş izahlar və aşar sözlər ancaq tövsiyə xarakteri daşıyır. Siniflər üzrə şagirdlərin inkişaf səviyyəsinə və marağına uyğun olaraq 
müvafiq dəyişikliklər və əlavələr etməklə onlara yaradıcı yanaşmaq məqsədəuyğun hesab edilir. 


köməyi ilə izah olunması.
2.1.3. Mətndə öyrəndiyi yaxınmənalı sözləri 
cümlədə işlədir.
Mətndə öyrənilmiş yaxınmənalı sözlərin leksik 
cəhətdən fərqləndirilməsi, onların cümlədə 
işlədilməsi. 
Yaxınmənalı sözlər, sözləri leksik cəhətdən 
fərqləndirmə 
2.1.4. Mətndən sadə bədii ifadələri seçir. 
Mətndən sadə bədii ifadələrin seçilməsi 
Sadə bədii ifadələr, seçmə 
2.2.1. Kiçikhəcmli mətnləri düzgün tələffüz 
etməklə oxuyur. 
Kiçikhəcmli mətnlərin sadə tələffüz qaydalarına 
əməl etməklə oxunması:hərflərin tanınması və 
onların müvafiq səslərlə ifadə edilməsi, sözlərin 
hecalarla və bütöv oxunması.
Hərf, səs, heca, söz, cümlə, bütöv oxuma 
2.2.2.Müxtəlif bədii mətnləri (nəzm, nəsr) 
fərqləndirir. 
Nəzm əsərlərinin formaca nəsr əsərlərindən 
fərqləndirilməsi
Nəzm, nəsr, şeir, hekayə, nağıl 
2.2.3. Mətnin şəkilli planını tutur. 
Verilmiş mətnə əsasən şəkillərin çəkilməsi və ya 
şəkillərə əsasən mətnin hissələrinin ardıcıllığını 
müəyyənləşdirilməsi. 
Mətn, hissə, ardıcıllıq 
2.2.4. Mətndəki əsas fikri müəyyənləşdirir və 
sadə formada ifadə edir. 
Kiçikhəcmli mətnlərin oxunması, hadisələrin 
mahiyyətinin anlaşılması, əsas fikrin 
müəyyənləşdirilməsi, sadə formada ifadə 
olunması.
Mətn, fikir, ideya, ifadə etmə, müəyyənləşdirmə
2.2.5. Mətnin məzmununu nəql edir. 
Mətnin məzmununun öyrənilməsi, fakt və 
hadisələrin məntiqi əlaqə və ardıcıllığının 
müəyyənləşdirilməsi, məzmununun qısa şəkildə 
nəql edilməsi.
Mətn, məzmun, nəql etmə, məntiqi əlaqə, 
ardıcıllıq 
3.1.1. Hərflərin elementlərini və 
konfiqurasiyasını müəyyən olunmuş xətt 
boyunca düzgün yazır və bitişdirir. 
Hərflərin ölçüsünün, ara məsafəsinin, 
birləşməsinin müəyyənləşdirilməsi, onların 
müəyyən olunmuş xətt boyunca düzgün 
yazılması və bitişdirilməsi.
Hərf, element, ölçü, məsafə, müəyyənləşdirmə, 
müəyyən olunmuş xətt 
3.1.2. Əl yazısı şəklində olan sözləri və 
kiçikhəcmli mətnləri üzündən köçürür. 
Əl yazısı şəklində olan sözlərin və kiçikhəcmli 
mətnlərin hüsnxət normalarına uyğun üzündən 
köçürülməsi. 
Kiçikhəcmli mətn, hüsnxət, əl yazısı, 
3.1.3. Şəklə uyğun cümlələr qurub yazır. 
Şəkildə təsvir olunan əşya və hadisələrin 
tanınması, onlarla bağlı fikirlərin sadə 
cümlələrlə yazılması. 
Şəkil, məzmun, sadə cümlə, təsvir olunan, 
hadisə 
 
3.1.4. Bir neçə cümlədən ibarət müşahidə 
Müşahidə olunmuş təbiət və həyat hadisələri 
Mətn, təbiət hadisələri, həyat hadisələri, cümlə 


xarakterli rabitəli mətn yazır. 
haqqında cümlələrin qurulması və onların 
rabitəli şəkildə əlaqələndirilməsi. 
3.1.5.Sinif səviyyəsinə uyğun olaraq müəyyən 
edilən sadə əməli yazılar 
(açıqca) yazır. 
Sadə əməli yazılar haqqında təsəvvürün 
yaradılması və açıqcanın yazılması. 
Sadə əməli yazı, açıqca, təsəvvür 
4.1.1.Səs və hərfi fərqləndirir. 
Səs və hərfin fərqləndirilməsi: səsin nitq vahidi 
olaraq yalnız deyilə, eşidilə bildiyinin, hərfin isə 
dil vahidi olduğunun, yalnız yazıla, görülə 
bildiyinin və onun səsin yazıdakı işarəsi 
olduğunun anlaşılması. 
Səs, hərf, sait, samit, heca, söz, dil vahidi 
 
4.1.2.Sözləri hecalara ayırır. 
Saitlərə görə hecaların müəyyənləşdirilməsi və 
sözlərin hecalara ayrılması.
Sait, heca , sözlər 
4.1.3. Böyük və kiçik hərfləri fərqləndirir. 
Böyük və kiçik hərflərin tanınması və 
fərqləndirilməsi.
Böyük hərf, kiçik hərf, konfiqurasiya, tanıma, 
fərqləndirmə 
4.1.4. Hərfləri əlifba sırası ilə sadalayır. 
Hərflərin tanınması və əlifba sırasına görə 
sadalanması. 
Hərf, əlifba sırası 
4.1.5. Ad, əlamət və hərəkət bildirən sözləri 
tanıyır və fərqləndirir. 
Ad, əlamət və hərəkət bildirən sözlərin 
tanınması və onların sual verməklə 
fərqləndirilməsi. 
Söz, ad, əlamət, hərəkət, fərqləndirmə 
4.1.6. Cümləni tanıyır və əsas əlamətlərini 
sadalayır. 
Cümlənin böyük hərflə başlanması, sonunda 
nöqtə, sual və ya nida işarəsinin qoyulması 
qaydalarının sadalanması. 
Cümlə, böyük hərf, nöqtə, sual işarəsi, nida 
işarəsi
4.1.7. Məqsəd və intonasiyaya görə cümlələri 
fərqləndirir. 
Cümlələrin məqsəd və intonasiyaya görə 
növlərinin fərqləndirilməsi. 
Cümlə, nəqli, sual, məqsəd və intonasiya 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin