2. Fonetik normalar orfoqrafik və orfoepin normalara əsaslanır.
Orfoefik normalar sözlərin ədəbi dildəki tələffüz qaydaları əsasında yaranır.
Orfoqrafik normalar orfoqrafik qaydalar əsasında formalaşır.
3.Leksik normalar hər kəsdən:
- sözün mənası və ya mənaları ilə ehtiyatlı olmağı;
- ədəbi dildə loru, kobud söz və ifadələr işlətməməyi;
- bədii məqsəd güdmürsə, dialekt sözlərdən, varvarizm və vulqar sözlərdən istifadə
etməməyi;
- sözü düzgün yerində və məqamında işlətməyi tələb edir.
4. Qrammatik normalaranı aşağıdakı kimi qruplaşdırmaq olar:
1) İsimlərə əvvəl cəm, sonra mənsubiyyət, hal şəkilçiləri və s. artırılır: kənd-lər-
imiz-in.
2) Təyini müəyyən miqdar sayı olan isim təkdə işlənməlidir: on uşaq, üç dəftər.
3) Fel köklərinə əvvəl təsirlik, sonra növ, şəkil, daha sonra isə şəxs (xəbərlik)
şəkilçiləri artırılır: qal-dı-ril-ma-lı-dır; döy-üş-çü-lər-imiz-in-dir.
4) Mübtəda və xəbər şəxsə, qismən də kəmiyyətə görə uzlaşır: Sən
azərbaycanlısan. Onlar tələbədirlər.
Dostları ilə paylaş: