Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə68/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   64   65   66   67   68   69   70   71   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

VII sinif 
1.1.1. Dinlədiyi məlumatda 
ton, əhvali-ruhiyyə və 
emosiyanı müəyən edir. 
Danışanın nitqindəki alçaq, orta və ya yüksək tonun, onun əhval-ruhiyyəsinin müsbət və 
ya mənfi olmasının, həmçinin emosiyalarının müəyyənləşdirilməsi.
Ton, əhvali-ruhiyyə, 
emosiya, şifahi məlumat 
1.1.2. Dinlədiyi fikrin inan-
dırıcı və əsaslandırılmış olub-
olmamasını müəyyənləşdirir.
Dinlənilən fikrin inandırıcı və əsaslandırılmış olub-olmamasını müəyyənləşdirmək 
məqsədi ilə danışanın nitqindəki yardımçı vasitələrə, fakt və hadisələrə istinad edilməsi. 
Dinlənilən fikir, inandırıcı 
nitq, əsaslandırılmış nitq, 
fakt və hadisə
1.2.1. Fikrini müxtəlif 
formalarda ifadə edir. 
Müəyyən dil materiallarından istifadə edərək fikrin müxtəlif formalarda - təklif, 
mülahizə, hökm, əmr və s. şəkildə təqdim edilməsi. 
Fikir, ifadə forması, ifadə 
etmə 
1.2.2. Fikrini məntiqi 
ardıcıllıqla ifadə edir. 
Fikrin məntiqi ardıcıllıqla ifadə edilməsi. 
Fikri ifadə etmə, məntiqi 
ardıcıllıq. 


1.2.3. Nitqində müxtəlif səs 
çalarlarından istifadə edir. 
Şifahi nitqdə müxtəlif səs çalarlarından məqsədyönlü istifadə edirlməsi. 
Nİtq, səs çaları 
1.2.4. Müzakirələrdə deyilmiş 
müxtəlif fikirlərə münasibət 
bildirir. 
Müzakirə olunan məsələ ilə bağlı deyilmiş müxtəlif fikirlərin analiz, sintez edilməsi və 
onlarla bağlı obyektiv münasibət bildirilməsi. 
Müzakirə olunan məsələ, 
müxtəlif fikirlər, 
münasibət bildirmə
2.1.1. Tanış olmadığı sözlərin 
kontekstə uyğun mənasını 
dəqiqləşdirir. 
Mətndən tanış olmayan sözlərin mənasının lüğətlərdən istifadə olunaraq tapılması və 
mətnin kontekstinə uyğun mənanın müəyyən edilməsi. 
Oxunan mətn, tanış 
olmayan söz, kontekstə 
uyğun məna 
dəqiqləşdirmə. 
2.1.2. Mətndəki sözlərin həqiqi 
və ya məcazi mənada işləndiyini 
izah edir. 
Sözlərin leksik mənasının müəyyən edilməsi, həqiqi və ya məcazi mənada işlənən 
sözlərin semantik xüsusiyyətlərinin və mətndəkin sözlərin mənasının həqiqi və ya 
məcazi olmasının izah edilməsi. 
Mətn, söz, həqiqi məna, 
məcazi məna 
2.2.1. Səs tonu, temp və 
fasiləni gözləməklə mətni 
oxuyur.
Mətnin tələffüz qaydalarına əməl etməklə oxunması, məqsəddən asılı olaraq səs 
tonunun, tempin düzgün nümayiş etdirilməsi, sözlər, söz birləşmələri və cümlələr 
arasındakı fasilənin düzgün ifadə edilməsi. 
İfadəli oxu, səs tonu, 
temp, fasilə
2.2.2. Mətnin tərkib hissələri 
arasındakı əlaqəni müəy-
yənləşdirir. 
Mətni oxuyub məzmununu mənimsədikdən sonra mətnin tərkib hissələrinin – giriş, əsas 
hissə və nəticənin, onlar arasındakı əlaqənin düzgün müəyyən edilməsi. 
Mətn, mətnin tərkibi, 
giriş, əsas hissə, nəticə 
2.2.3. Mətndəki fikrə müna-
sibətini əlavə faktlarla əsaslan-
dırır. 
Mətndən müvafiq sitat və faktların seçilməsi, mətndəki fikirlərlə bağlı münasibətini 
əsaslandırmaq üçün onlardan məqsədyönlü istifadə edilməsi. 
Sitat, fakt, fikir, 
əsaslandırma 
3.1.1. Verilmiş mövzunu 
müxtəlif yazı formalarında 
(ifadə, inşa, hekayə) ifadə 
edir. 
Verilmiş hər hansı mövzuya uyğun yazı formasının seçilməsi, ifadə, inşa, hekayə yazı 
formalarından istifadə edərək yazı vərdişlərini nümayiş etdirilməsi. 
Mövzu, yazı forması, 
ifadə, inşa, hekayə 
3.1.2. Topladığı fakt və ha-
disələrə münasibət bildirməklə 
mətni zənginləşdirir.
Mətnin məzmununu öyrəndikdən sonra internet materiallarından, ensiklopediyalardan 
istifadə etməklə araşdırmanın aparılması, topladığı məlumatlarla mətnin 
zənginləşdirilməsi. 
Mətn, fakt, hadisə, 
münasibət, internet, 
ensiklopediya 
3.1.3. Qurduğu plan əsasında 
Yazılacaq mətn üçün əvvəlcədən hazırlanmış plana müvafiq olaraq mətnin tərkib 
Mətnin planı, mətnin 


mətnin hissələrini məntiqi 
cəhətdən əlaqələndirir. 
hissələrinin - giriş, əsas hissə və nəticənin müəyyən edilməsi, onların, eyni zamanda 
abzasların struktur və məntiqi cəhətdən əlaqələndirilməsi. 
hissələri, giris, əsas hissə, 
nəticə, abzas
3.1.4. Müxtəlif əməli yazılar 
(teleqram, izahat) yazır. 
Rəsmi-işgüzar üslubun tələblərinin öyrənilməsi, müvafiq dil materiallarından istifadə 
etməklə müxtəlif əməli yazıların – teleqram və izahatın yazılması. 
Əməli yazı, teleqram, iza-
hat, rəsmi-işgüzar üslub 
4.1.1. Cümlələri quruluşuna 
görə fərqləndirir. 
Cümlələrin quruluşca növlərinin öyrənilməsi, cümlənin neçə qrammatik əsasının 
olduğununun müəyyənləşdirilməsi, sadə və mürəkkəb cümlələrin xüsusiyyətlərini nəzərə 
almaqla onların fərqləndirilməsi. 
Cümlələrin quruluşca 
növlərini, sadə cümlə, 
mürəkkəb cümlə, 
cümlənin qrammatik 
əsasının 
4.1.2. Sözləri ümumi qram-
matik mənalarına görə 
fərqləndirir. 
Sözlərin ümumi qrammatik mənalarına görə fərqləndirilməsi, ad, əlamət, hərəkət, say 
bildirən sözlərin müəyyən edilməsi.
Söz, qrammatik məna, ad, 
əlamət, hərəkət, say 
bildirən sözlər 
4.1.3. Köməkçi nitq hissə-
lərinin işlənmə məqamından 
asılı olaraq durğu işarələrin-
dən istifadə edir. 
Köməkçi nitq hissələrinin işlənmə məqamından asılı olaraq durğu işarələrindən istifadə 
edilməsi. Məsələn, modal sözlərin cümlədə işlənmə məqamına görə vergül işarəsini 
düzgün işlədilməsi. 
Köməkçi nitq hissələri, 
durğu işarələri 
4.1.4. Nitq hissələrinin yazılışı 
ilə bağlı qaydalara əməl edir. 
Bütün nitq hissələrinin bitişik, ayrı, defislə yazılması ilə bağlı qaydalara əməl edilməsi. 
Nitq hissəsi, yazılış 
qaydaları 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin