1.2.2. Əlavə materiallardan
istifadə etməklə nitqini
zənginləşdirir.
İnternetə, ensiklopediyalara, müxtəlif lüğətlərə,ədəbiyyatlara müraciət olunması, əlavə
məlumatların əldə olunması və nitqin zənginləşdirilməsi məqsədi ilə həmin materi-
allardan - fakt, hadisə və sitatlardan istifadə edilməsi.
Nitqi zənginləşdirmə,
əlavə materiallardan
istifadə
1.2.3. Nitq etiketlərindən
məqamında istifadə edir.
Salamlaşma, vidalaşma və s. nitq etiketlərinin
öyrənilməsi, onların harda və necə
işləndiyinin müəyyənləşdirilməsi, ünsiyyət prosesində nitq etiketlərindən məqamında və
düzgün istifadə edilməsi.
Nitq etiketləri, məqamında
istifadə
1.2.4. Müzakirələrdə deyilmiş
müxtəlif mövqeli fikirləri
ümumiləşdirir.
Müzakirə zamanı söylənmiş müxtəlif mövqeli fikirlərin müqayisə və xarakterizə
edilməsi, sistemləşdirilməsi, müzakirə olunan məsələ baxımından ümumiləşdirilməsi.
Müzakirə, müxtəlif
mövqeli fikirlər,
ümumiləşdirmə
2.1.1. Tanış olmadığı söz və
ifadələrin mənasını müvafiq
qarşılığını tapmaqla şərh edir.
Oxunan mətndə tanış olmayan söz və ifadələrin seçilməsi, müxtəlif lüğətlərdən istifadə
etməklə onların mənasının müvafiq qarşılığının - sinonim və ya antonimini tapmaqla,
tərkib hissələrinin şərh edilməsi.
Tanış olmayan söz, tanış
olmayan ifadə, sinonim,
antonim, şərh etmə
2.1.2. Həqiqi və məcazi m-
ənalı söz və ifadələrin mə-
nasını nümunələrlə şərh edir.
Mətndəki söz və ifadələrin həqiqi və ya məcazi mənasını onların sinonim və
antonimlərindən istifadə etməklə şərh edir.
Söz, ifadə, leksik məna,
həqiqi məna, məcazi
məna, sinonim
2.2.1. Söz sırasını, cümlələr və
abzaslar arasında əlaqəni gözlə-
məklə mətni oxuyur.
Cümlədə sözlərin sırasını, sintaqmları, cümlələr və abzaslar arasındakı ardıcıllığı və
əlaqəni gözləməklə mətnin düzgün oxunması.
Cümlədə söz sırası,
sintaqm, ardıcıllıq
2.2.2. Mətnin hissələri
arasında əlaqəni şərh edir.
Mətnin tərkib hissələrinin - giriş, əsas hissə və nəticənin müəyyən edilməsi, onların bir-
biri ilə məntiqi və sujet cəhətdən necə əlaqəndiyinin şərh edilməsi.
Mətn, mətnin hissələri,
giriş, əsas hissə, nəticə
2.2.3. Mətndəki fakt və ha-
disələri real həyatla müqayisə
edir və əlaqələndirir.
Mətndəki fakt və nümunələrin seçilməsi, faktların müqayisə edilməsi , onların oxşar və
fərqli cəhətlərinin müəyyənləşdirilməsi.
Həyatla əlaqə, fakt və
hadisə, müqayisə
3.1.1. Mövzuya uyğun
müxtəlif tipli (nəqli, təsviri,
mühakimə) mətnlər yazır.
Verilmiş mövzuya uyğun müxtəlif: nəqli, təsviri, mühakimə tipli mətnlərin yazılması
Mətn, nəqli, təsviri,
mühakimə tipli mətn
3.1.2. Sitatlardan istifadə
etməklə fikir və mülahizələrini
qüvvətləndirir.
Yazılan mətnlə bağlı fikir və mülahizələri qüvvətləndirmək məqsədi ilə müxtəlif
mənbələrdən – internetdən, ensiklopediyalardan, müxtəlif lüğətlərdən, ədəbiyyatlardan
topladığı məlumatlara əsaslanaraq sitatların seçilməsi.
Mətn, sitat, fikir və
mülahizə
3.1.3. Mətnin hissələri, ab-
zaslar və cümlələr arasında
əlaqəni gözləməklə yazıya
düzəlişlər edir.
Hazır verilmiş mətnin hissələri, abzaslar və cümlələr arasındakı struktur-məntiqi əlaqəni
pozmadan ona müvafiq düzəlişlərin edilməsi, onun əlavə məlumatlarla
zənginləşdirilməsi, emosianallığını artırmaq məqsədilə söz və ifadələrin əlavə edilməsi.
Mətn, mətnin hissələri,
giriş, əsas hissə, nəticə,
abzas, cümlə, düzəliş etmə
3.1.4. Müxtəlif əməli yazılar
(arayış, protokol) yazır.
İşgüzar üslubun tələblərinə müvafiq dil materiallarından istifadə etməklə müxtəlif əməli
yazıların – arayış, protokolun yazılması.
Əməli yazı, arayış, proto-
kol
4.1.1. Sadə cümlənin növlərini
fərqləndirir.
Sadə cümlənin quruluşca, şəxsə görə, baş və ikinci dərəcəli üzvlərin iştirakına görə
növlərinin fərqləndirilməsi, təktərkibli, cüttərkibli, şəxssiz, ümumşəxsli cümlələrin
seçilməsi, onlara aid nümunələrin gətirilməsi.
Sadə cümlə,
baş və ikinci
dərəcəli üzvlər,
təktərkibli, cüttərkibli,
şəxssiz, ümumşəxsli
cümlələri
4.1.2. Söz və söz birləş-
mələrinin sintaktik vəzifəsini
müəyyən edir.
Sözlərin söz birləşməsi və cümlə daxilində, söz birləşmələrinin cümlə daxilində sintaktik
vəzifəsinin müəyyənləşdirilməsi, verilmiş cümlədə baş üzvlərin –mübtəda və xəbərin,
ikinci dərəcəli üzvlərin – tamamlıq, , təyin, zərfliyin tapılması və ifadə vasitələrinin
müəyyən edilməsi.
Söz, söz birləşməsi,
cümlə, sintaktik vəzifə,
baş üzvləri –mübtəda və
xəbəri, ikinci dərəcəli
üzvləri – tamamlığı, ,
təyini, zərfliyi
4.1.3. Həmcins üzvlər,
əlavələr, xitab və ara sözlərlə
bağlı durğu işarələrindən isti-
fadə edir.
Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı durğu işarələrinin (vergül, tire)
düzgün işlədilməsi,
Həmcins üzv, cümlə
üzvlərinin əlavəsi, xitab,
ara sözlər və ara cümlələr,
durğu işarələri
4.1.4. Həmcins üzvlərdə
şəkilçilərin yazılış qaydalarına
əməl edir.
Həmcins üzvlərdə bəzi şəkilçilərin (hal, mənsubiyyət, cəm) və köməkçi sözlərin (idi, imiş, isə)
ixtisarı, həmcins mübtədaların xəbərlə uzlaşması baxımından şəxs sonluqlarının düzgün yazılış
qaydalarına əməl edilməsi .
Həmcins üzv, ixtisar,
şəkilçi, köməkçi söz, şəxs
sonluqları
Dostları ilə paylaş: