V sinif
1.1.1. Danışanın fikrini verdiyi
suallar əsasında aydınlaşdırır.
Danışanın fikrindəki aydın olmayan məqamların aydınlaşdırılması məqsədi ilə sualların
verilməsi.
Danışanın fikri,
aydınlaşdırma, sual vermə
1.1.2. Dinlədiyi məlumatlar-
dakı əsas faktları seçir.
Dinlənilən məlumatlardakı əsas faktların seçilməsi, təhlil edilməsi.
Dinlənilən məlumat, əsas
fakt, seçmə,təhlil etmə
1.2.1. Deyəcəyi fikrə müvafiq
ifadə forması seçir.
Deyəcəyi fikrin müəyyənləşdirilməsi və ona müvafiq olan ifadə formasının (təklif,
mülahizə) əvvəlcədən seçilməsi.
Deyiləcək fikir, ifadə
forması,
müəyyənləşdirmə, seçmə
1.2.2. Fikirlərini konkret fakt
və nümunələrlə əsaslandırır.
Mövzuya aid konkret fakt və nümunələrin seçilməsi, müəyyənləşdirilməsi və onlardan
məqsədəuyğun şəkildə arqument gətirilməsi.
Fikri əsaslandırma,
müəyyənləşdirmə, fakt,
nümunə, əsaslandırma
1.2.3. Danışarkən mimika və
jestlərdən yerli-yerində
istifadə edir.
Şifahi nitqi müşayiət edən və təsir gücünü artıran əsas vasitələrin( jest və mimika).
əhəmiyyətinin anlaşılması və onlardan yerli-yerində istifadə edilməsi
Vasitələr, mimika, jest,
şifahi nitq, istifadə etmə
1.2.4. Hər hansı fakt və hadisə
ilə bağlı fikir bildirir.
Dinlənilən mətnin məzmununun müəyyənləşdirilməsi, mövzuya dair fakt və hadisələrin
tapılması, onlarla bağlı subyektiv fikir bildirilməsi.
Fakt, hadisə, bildirmə,
subyektiv fikir
2.1.1. Lüğətlərdən istifadə
etməklə tanış olmadığı söz-
lərin mənasını müəyyənləş-
dirir.
Lüğətlərdən istifadə etməklə tanış olmayan sözlərin mənasının müəyyənləşdirilməsi.
Oxunan mətn, tanış
olmayan söz, lüğət, məna
2.1.2. Sözün həqiqi və ya
məcazi mənada işləndiyini
müəyyənləşdirir.
Mətndəki sözlərin mənalarının həqiqi və ya məcazi mənada işləndiyinin
müəyyənləşdirilməsi.
Sözün mənası, həqiqi
məna, məcazi məna
2.2.1. Tələffüz qaydalarını
gözləməklə mətni düzgün
oxuyur.
Ədəbi dilin orfoepik normasına əməl edilməsi, tələffüz qaydalarını gözləməklə mətnin
düzgün oxunması.
Ədəbi dil, orfoepik qayda
qaydalar, mətnin oxusu
2.2.2. Mətnin tərkib hissələrini
fərqləndirir.
Mətn üç tərkib hissəsinin ( giriş, əsas hissə, nəticə) və bir-birindən özünəməxsus
xüsusiyyətlərinə görə fərqləndirilməsi.
Mətnin tərkibi, giriş, əsas
hissə, nəticə, fərqləndirmə
2.2.3. Mətndəki əsas fikri
müəyyənləşdirir.
Mətnin məzmununundakı əsas fikrin müəyyənləşdirilməsi, mətnin məzmun və ideyasını
əks etdirən əsas fikrin ikincidərəcəli fikirlərdən fərqləndirilməsi.
Mövzu, məzmun, ideya,
əsas fikir, ikinci dərəcəlki
fikir, fərqləndirmə
3.1.1. Müxtəlif yazı(ifadə,
inşa, hekayə) formalarını
fərqləndirir.
Müxtəlif yazı formaları (ifadə, inşa, hekayə) üzərində müşahidələrin təşkili. Beşinci sinif
üzrə müəyyənləşdirilmiş yazı formalarının bir-birindən fərqləndirilməsi.
Yazı forması, ifadə, inşa,
hekayə, xüsusiyyət,
dəqiqləşdirmə
3.1.2. Mövzu ilə bağlı top-
ladığı materiallar əsasında
mətn hazırlayır.
Mövzu ilə bağlı araşdırma aparılması, internetdən, məktəbli üçün olan
ensiklopediyalardan və digər ədəbiyyatlardan istifadə etməklə məlumat toplanılması,
əldə etdiyi materiallardan faydalanaraq yaradıcı təfəkkürə əsaslanmaqla rabitəli mətn
hazırlanması.
Mövzu, material toplama,
rabitəli mətn, internetdən,
məktəbli üçün olan
ensiklopediyalar , rabitəli
mətn
3.1.3. Mətnin tərkib hissələrini
(giriş, əsas hissə və nəticə)
əlaqələndirir.
Mətnin tərkib hissələrinin (giriş, əsas hissə, nəticə) fakt və nümunələrə əsasən
fərqləndirilməsi, arqumentlər gətirərək məntiqi şəkildə əlaqələndirilməsi.
Rabitəli mətn, mətn
qurma, mətnin tərkibi, gi-
riş, əsas hissə, nəticə,
mətnin strukturu, məntiqi
əlaqə
3.1.4. Müxtəlif əməli yazılar
(elan, məktub) yazır.
Əsas dil xüsusiyyətlərinə qoyulmuş tələblərlə tanış olma, işgüzar üsluba aid əməli yazı
nümunələrinin fərqləndirilməsi və onlara əməl etməklə müxtəlif yazıların - elan, məktub
yazılması.
Rəsmi-işgüzar üslub,
əməli yazı, elan, məktub,
dil xüsusiyyətləri
4.1.1. Cümləni məqsəd və
intonasiyaya görə növlərinə
ayırır.
Cümlənin məqsəd və intonasiyaya görə növlərinin- sual, nida, nəqli, əmr cümlələrinin
fərqləndirilməsi, onların hər birinin işlənmə məqamının və formasının müəyyən
edilməsi.
Sadə cümlə, məqsəd və
intonasiyaya görə
cümlənin növü, sual, nida,
nəqli və əmr cümlələri
4.1.2. Sözün səs tərkibini,
semantik xüsusiyyətlərini,
tərkibini, yaranma üsullarını
və qrammatik mənasını (ad,
əlamət, hərəkət bildirməsini)
izah edir.
Sözün səs tərkibinin müəyyən edilməsi, sait və samitlərin fərqləndirilməsi, semantik
xüsusiyyətlərinin – leksik mənası, təkmənalılıq və ya çoxmənalılıq, omonimlik,
sinonimlik, yeni və ya köhnəlmiş söz olmasının, eyni zamanda sözün tərkibinin –
kökünün, qrammatik və leksik şəkilçilərinin, başlanlanğıc formasının, sözün yaranma
üsullarının – morfoloji və ya sintaktik yolla yaranmasının izah edilməsi.
Sait, samit, heca, vurğu,
ahəng qanunu, leksik
məna, omonim, sinonim,
antonim, yeni söz,
köhnəlmiş söz, ümumişlək
sözlər, ümumişlək
olmayan sözlər, sözün
kökü, şəkilçi, başlanğıc
forma, alınma söz, sözün
yaranma üsulları –
morfoloji və ya sintaktik
yol, iza etmə
4.1.3. Cümlənin sonunda və
dialoqlarda durğu işarə-
lərindən məqsədyönlü istifadə
edir.
Durğu işarələrinin öyrənilməsi, işlənmə məqamının müəyyənləşdirilməsi, məqsəd və
intonasiyaya görə növlərindən asılı olaraq cümlənin sonunda nöqtə, sual və nidadan
düzgün istifadə edilməsi.
Məqsəd və intonasiyaya
görə cümlənin növü,
nöqtə, sual işarəsi, nida
işarəsi, istifadə etmə
4.1.4. Sait və samitlərin,
mürəkkəb sözlərin yazılış
qaydalarına əməl edir.
Əsl Azərbaycan sözlərində, alınma sözlərdə, qoşasaitli və ya qoşasamitli, bitişik, ayrı və
defislə yazılan sözlərdə sait və samitlərin yazılış qaydalarına əməl edilməsi.
Sait, samit, mürəkkəb söz,
qoşasaitli söz, qoşasamitli
söz, bitişik yazılan
mürəkkəb söz, defislə
yazılan mürəkkəb söz
Dostları ilə paylaş: |