çəkilmiş sxemlərə cəlb edir. Sxemlərə əsasən qarşılaşdırma budaq cümlələrini baş
cümləyə bağlayan vasitələri müəyyən etməyi və nümunələr söyləməyi tapşırır.
(bunu üçün bütün siniflə iş forması seçilir).
Budaq cümlə əvvəl gəlir və baş cümləyə “nə qədər” bağlayıcı sözü, -sa (-sə)
şəkilçisi və da (də), belə ədatları ilə bağlanır. Məs.:
1. Bunların suyu nə qədər sərin ola da, bizim bulaqlara çatmaz.
2. O (nə qədər) çalışsa belə, bu işi bacarmaz. (“nə qədər” işlənməyə də bilər)
2. Hərçənd (hərçənd ki – düzdür, doğrudur) -------
---------- ----------- ---------- -----------------,
amma (ancaq, lakin) -----------
----------- ----------.
Budaq
cümlə baş cümləyə hərçənd, hərçənd ki (düzdür, doğrudur) sözləri ilə
bağlanır,
baş cümlənin əvvəlində amma, ancaq, lakin qarşılaşdırma
bağlayıcılarından biri işlənir. Məs.:
1. Hərçənd (düzdür) sifəti arıq görünürdü, amma bədəncə dolu adam idi.
2. Doğrudur, (hərçənd) Aslan uşaq idi, lakin o hər işin öhdəsindən gələ bilirdi.
Sonra müəllim diqqəti şərt budaq cümləsi ilə qarşılaşdırma budaq cümləsinin
fərqinə cəlb edir.
1. Kəndə gəlmək istəsən, mənə mütləq xəbər elə.
2. Məktub onu sarsıtsa da, cavab yazmağı lazım bilmədi.
O bildirir ki:
Şərt budaq cümləsində şərt məzmunu olur, qarşılaşdırma budaq cümləsində
isə şərt məzmunu olmur.
Şərt budaq cümləsi sadələşmir, qarşılaşdırma
budaq cümləsi isə
xüsusiləşmiş zərfliklərin köməyi ilə sadələşə bilir.
İzah nümunələrin müqayisəsi əsasında aparılır. Mövcud nümunələr əsasında
qarşılaşdırma budaq cümləsində durğu işarələrinin işlənməsi barədə də məlumat
verilir.
Dostları ilə paylaş: