Mühazirə
№15(2)
Mövzu:
Tabeli mürəkkəb cümlə və onun növləri
Plan:
15.2.1.Zərflik budaq cümlələri və onların tipləri;
15.2.2.Qoşulma budaq cümləsi və onun tipləri.
15.2.2.Zərflik budaq cümlələri və onların tipləri
1.Tərzi-hərəkət budaq cümləsi
baş cümlədəki hərəkət və ya əlamətin icra və
meydana çıxma tərzini bildir.Məs.:
O,traktorun üstündə elə oturur ki,elə bil köhlən atı
suvarmağa aparır;Mən elə sevindim ki,elə bil öz doğma qardaşın məlmişdi.
Baş və budaq cümlənin yerinə və bağlayıcı vasitələrə görə tərzi-hərəkət budaq
cümləsinin aşağıdakı tipləri vardır:
I tip.Baş cümlə əvvəl,budaq cümlə sonra işlənir,ona (baş cümləyə) ki bağlayıcısı ilə
bağlanır.Məs.:Mahmudun ürəyi elə uçunurdu ki,indiyə qədər belə hisslərin hamısı bir heç
idi.(Elçin)
Tərzi-hərəkət budaq cümləsinin bu tipində budaq cümlə tərz bildirməklə yanaşı,
nəticə
:(
Araz tüfəngin qundağı ilə onu elə vurdu ki, o geriyə səndələyərək yerə yıxıldı.(A.Ş
)
, müqayisə
:(
Məni elə bağrına basıd ki,elə bil doğma bacısından ayrılırdı.(M.İ)
və
məqsəd
bildirmə
:(
Mən elə danışdım ki,qoy bütün mətləblər sizə aydın olsun.
)
kimi məna
çalarlarına malikdir.
II tip.Bu tipdə budaq cümlə əvvəl gəlir,baş cümləyə
necə,necə ki,hər necə,hər necə ki
və s.bağlayıcı sözlərlə bağlanır.Budaq cümlənin sonunda
–sa
2
olada bilər,olmaya da
bilər.Baş cümlədə qarşlıq bildirəb
elə
(olmaya da bilər) sözü tərzi-hərəkət zərfliyi rolunda
olur.Məs.:
Necə bilirəm,elə də edəcəyəm.(İ.Ş);Necə isyəyirsənsə,elə də et;Nə cür istəyirsən
, geyin,gəz.(İ.Ş)
Dostları ilə paylaş: |