Mühazirə №15(2) Mövzu: Tabeli mürəkkəb cümlə və onun növləri Plan



Yüklə 82,43 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix07.01.2024
ölçüsü82,43 Kb.
#201897
növüMühazirə
1   2   3   4   5   6   7   8
muhazire15.2

2.Dərəcə budaq cümləsi
baş cümlədəki hərəkət və ya əlamətin dərəcəsini bildirir və 
nə dərəcə? nə dərəcədə? 
suallarından birinə cavab verir.Dərəcə budaq cümləsinin bir tipi 
vardır.Baş cümlə əvvəl,budaq cümlə sonra işlənir.Baş cümlədə qəlib söz kimi 
o dərəcə,o 
dərəcədə 
sözləri qəlib olur,budaq cümlə baş cümləyə 
ki
bağlayıcısı ilə bağlanaraq qəlib 
sözün mənasını izah edir.Məsələn:
Hava o dərəcədə dumanlı idi ki,onlar beş metr qabağı 
belə görə bilmirdilər.(S.V);Ağaclar o dərəcədə sıx idi ki,bura gün işığı düşmürdü.(İ.M) 


Bəzən baş cümlədə qəlib söz kimi 
o qədər,o yerə,o məqama
,
elə
sözləri də işlənir. 
Məs.:
Qayalıqda baş verən hadisə ona o qədər təsir etdi ki,neçə gün işə çıxmadı. (İ.Ə) ; 
Qıratın şıltaqlığı axırda o yerə çatdı ki,çəkic nalbəndin barmağına dəyib 
yaraladı.(“Koroğlu”);Qarovulçu Həsənullanın kefi elə kök idi ki,uçmağa qanadı yox 
idi.(Elçin) 
Dərəcə budaq cümləsinin baş cümləsinin xəbəri feili xəbərlə yanaşı,ismi xəbərlə də 
ifadə olunur.Məs.:
Buranın adamları o qədər yaxşıdır ki,onlar haqqında pis düşünmək 
olmaz. 
3
.
Zaman budaq cümləsi
baş cümlədəki hərəkət və ya əlamətin zamanını bildirir və 
zaman zərfliyinin sualına cavab verir.Məs.:
Lal Hüseyn bu sözləri o zaman dedi ki,Rüstəm 
kişi maşından düşüb onlara tərəf gəlirdi.(M.İ) 
Baş və budaq cümlənin yerinə və bağlayıcı vasitələrə görə zaman budaq cümləsinin 
iki tipi vardır. 
I tip.Baş cümlə əvvəl,budaq cümlə sonra gəlir.Baş cümlədə qəlib söz kimi 
onda,o 
zaman,o vaxt,o vaxt ki,o gün ki 
və s.kimi sözlər işlənir.budaq cümlə ki bağlayıcısı ilə baş 
cümləyə bağlanaraq həmin sözün mənasını izah edir.Məs.:
Oğlan o zaman evlərinə çatdı 
ki,camaat onlara tərəf axışırdı;Onda ağlayacaqsınız,ancaq çox gec olacaq.(S.R) 
II tip.Budaq cümlə baş cümlədən əvvəl gəlir və baş cümləyə müxtəlif vasitələrlə 
bağlanır.Həmin vasitələrə əsasən zaman budaq cümləsinin ikinci tipini aşağıdakı növlərə 
ayırmaq olar:1.Budaq cümlə baş cümlədən əvvəl gələrək ona 
ki
bağlayıcısı ilə bağlanır. 
Məs.:
İki addım atmışdı ki,atası onu çağırdı;Xoruzun axırıncı banından bir az keçmişdi 
ki,Qəşəm kişi həyətə düşdü.(Elçin) 
1.Budaq cümlə baş cümləyə 
ki
bağlayıcısı ilə bağlanır.Məs.:
İki addım atmamışdı 
ki,atası onu çağırdı. 
2.Budaq cümlə baş cümləyə 
ki
ədatı ilə bağlanır.Məs.:
Gün ki batdı,hər yer 
bağlanır;Yoxlamasını ki qurtardı,bir qoyun şaqqalayır. 
3.Budaq cümlə baş cümləyə 
elə ki
bağlayıcı söz ilə bağlanır.Məs.: 
Elə ki Çənlibeldə 
yurd-yuva saldıq,onda bunlar bizə lazım olacaq.(“Koroğlu”) 
4.Budaq cümlə baş cümləyə
o gün ki,ovaxt ki,o zaman ki
və s. bağlayıcı sözlərlə 
bağlanır.Məs.:
O zaman ki adam ulduzların pıçıltısını eşitmir, demək, qocalır...(Ə.B) 
5.Budaq cümlə baş cümləyə 
haçan,haçan ki,nə vaxt,nə vaxt ki
və s. bağlayıcı sölərlə 
bağlanır.Məs.:
Nə vaxt desəniz,onda mən hazır. 


6.Budaq cümlə baş cümləyə 
qədər ki,hər nə qədər ki,necə ki
və s. bağlayıcı 
sözlərlə bağlanır.Məs.:
Nə qədər ki sağam mən,bu evdə bir yad adamın bir qara qəpiyi də 
xərclənməyəcək.(Elçin) 
7.Budaq cümlə baş cümləyə –mı
4
şəkilçisi ilə bağlanır.Məs.:
Hafiz bir saat 
gecikdimi,Ehtiyatı məktəb qapısında görərdin.(M.C)
8.Budaq cümlə baş cümləyə intonasiya ilə bağlanır.Məs.:
Bir dəfə soyuqladı,bir il geri 
düşürdü. 
9.Budaq cümlə baş cümləyə bağlayıcı söz və -sa
2
şəkilçisi ilə bağlanır.Məs.:
Nə vaxt 
çağırsan,onda gələcəm.

Yüklə 82,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin