Mühazirə №15(2) Mövzu: Tabeli mürəkkəb cümlə və onun növləri Plan



Yüklə 82,43 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix07.01.2024
ölçüsü82,43 Kb.
#201897
növüMühazirə
1   2   3   4   5   6   7   8
muhazire15.2

4.Yer budaq cümləsi 
baş cümlədəki hərəkətin və ya əlamətin yerini bildirir və yer 
zərfliyinin suallarına cavab verir.Məs.:
O yerdə ki hörmətimi saxlamırlar,oraya ayaq 
basmaram.(M.İ) 
Yer budaq cümləsinin bir qayda olaraq budaq cümlə əvvəl,baş cümlə sonra gələn 
tipinə daha çox təsadüf edilir.Aşağıdakı bağlayıcı vasitələr budaq cümləni baş cümləyə 
bağlayır,baş cümlədə 
oraya,orada,oradan 
əvəzlik-qəliblər işlənir;məsələn:
haraya (ki), 
harada (ki),haradan (ki),o yerə ki,o yerdə ki,o yerdən ki,bir yerə ki,bir yerdə ki,bir yerdən 
ki
;məsələn:
Elə indi haraya gedəcəksən,orada taparsan.(M.H);Haraya ki məktub 
göndərirdi,oradan maraqlı cavablar alırdı;O yerdə ki böyüyə hörmət olmadı,orada iş 
getməz.(M.İ); Gealoq İmanov hara daş qoysa,Tahir ora baş qoyar. 
Dilimizdə yer budaq cümləsinin baş cümlə əvvəl,budaq cümlə sonra gələn tipi də 
var.Baş cümlədə 
oraya,orada,oradan,o yerə,o yerdə,o yerdən,həmin yerə,həmin 
yerdə,həmin yerdən,handı yerə,hansı yerdə,hansı yerdən 
qəlib sözlərindən biri işlənir. 
Məsələn:
Niyazi o yerdə çıxış etdi ki,orada onu hamı tanıyırdı;Qar o yerdə əriyir ki,orada 
hava tez yumşalır;Biz o yerdə görüşdük ki,o yer əvvəlcədən nəzərdə tutulmuşdur. 
5.Səbəb budaq cümləsi
baş cümlədəki hökmün səbəbini bildirir.
Niyə? nəyə görə? nə 
üçün? nə səbəbə? nədən ötrü? 
suallarından birinə cavab verir.Məsələn:
Mən xoşbəxtəm 
ki,odla su kimi sədaqətli dostlarım var. 
Baş və budaq cümlələrin yerinə,bağlayıcı vasitələrə görə səbəb budaq cümləsinin iki 
tipi vardır: 
1.Budaq cümlə baş cümlədən sonra gələrək ona 
çünki 
bağlayıcısı ilə 
bağlanır.Məs.:
Ürəyi barədə bir söz deyə bilmərəm,çünki ora bələd deyiləm. 
2.Budaq cümlə baş cümlədən sonra gələrək ona 
ona görə ki,ondan ötrü ki,onun üçün 
ki
bağlayıcıları ilə bağlanır.Məs.:
Arıqları oğurlamayıb ona görə ki,hərifə yağlı ət lazım 
olub. 


3.Budaq cümlə baş cümlədən sonra gələrək ona 
ki
bağlayıcısı ilə bağlanır.Baş 
cümlənin tərkibində ona görə,ondan ötrü qəlib sözlər işlənir.Məs.:
Uşaq doğulanda ona 
görə ağlayır ki,bilir bütün müsibətləri qabağdadır.(S.Q) 
4.Baş cümlə budaq cümlədən əvvəl gəlib daxilində 
o səbəbə,bu səbəbə,bu səbəbdən
qəlib sözlər işlənir.Budaq cümlə baş cümləyə
ki
bağlayıcısı ilə bağlanır.Məs.:
O səbəbə 
gətirmədim ki,hələ hazır deyil. 
II tip.Budaq cümlə baş cümlədən əvvəl gəlir,bu cür cümlələrdə səbəblə nəticə düz 
sıralanır.Səbəb budaq cümləsinin bu tipi iki yolla əmələ gəlir: a) Budaq cümlə daxilindəki 
məntiqi vurğulu sözdən sonra işlənən
ki
ədatı və intonasiya ilə baş cümləyə 
bağlanır;məs.:
Mən bu əziyyətlə ki gedirəm,mənim həccim sizinkindən müstəcəb olacaq. 
(F.K);
b) Budaq cümlə baş cümləyə nə bağlayıcı söz və -sa
2
şəkilçisi ilə bağlanır;məs.:
Nə 
düşündüsə,birdən evə qaçdı;Yadına nə düşdüsə,çevrilib mənə baxdı. 

Yüklə 82,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin