Mühazirə №15(2) Mövzu: Tabeli mürəkkəb cümlə və onun növləri Plan


Qoşulma budaq cümləsi və onun tipləri



Yüklə 82,43 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix07.01.2024
ölçüsü82,43 Kb.
#201897
növüMühazirə
1   2   3   4   5   6   7   8
muhazire15.2

15.2.2.Qoşulma budaq cümləsi və onun tipləri
 
Qoşulma budaq cümləsi baş cümlədən sonra gələrək,onun məzmununa qiymət 
verir,ya da ona aid əlavə məlumat verir.Məs.:
Qız şalının saçaqlarını didməklə məşğul idi 
ki,bu da onun bir qədər hirsləndiyini göstərirdi.(Ə.Ə);Qazanc gətirən bir oğlum var idi 
ki,onu da sən əlimdən aldın.(Ə.V) 
Qoşulma budaq cümləsinin bir tipi olub,budaq cümlə baş cümlədən sonra gəlir,baş 
cümləyə aşağıdakı vasitələrlə bağlanır.Buda cümlədə işlənən 
bu,o 
əvəzlikləri 
əlaqələnməyə kömək edir.Əvəzliklərin yanında çox vaxt 
da (də)
ədatı işlənir. 
1.Budaq cümlə baş cümləyə 
ki
bağlayıcısı ilə bağlanır.Məs.:
Məni bu bəlalardan 
qurtaracaq bir adam var ki, o da sənsən. 
2.Budaq cümlə baş cümləyə intonasiya ilə bağlanır.Məs.:
Bircə papirosluq tütünüm 
var,bunu da elə axır gün üçün saxlamışam.(Ə.Ə) 
3.Budaq cümlə baş cümləyə isə ədatının şəkilçiləşmiş forması ilə bağlanır.Məs.:
Yer 
üzündə bir sarsaq şey varsa,o da hər fəslin öz vədəsində gəlməməyidir.(Ə.Ə) 
Ədəbiyyat 


1.B.Xəlilov.Müasir Azərbaycan dili.Sintaksis.Bakı,2017 
2.Ə.Abdullayev,Y.Seyidov,A.Həsənov.Müasir Azərbaycan dili, IVh. Sintaksis, 
Bakı,2007 
3.Q.Kazımov.Müasir Azərbaycan dili.Sintaksis,Bakı,2010 

Yüklə 82,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin