8.Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlənin
məzmunu bir-biri ilə qarşılaşdırılır,müqayisə edilir,fərqləndirilir və ya komponentlərdən
biri digərinə güzəştə gedilir.
Qarşılaşdırma budaq cümləsinin iki tipi vardır:
I tip.Budaq cümlə baş cümlədən sonra işlənir və ona
ki bağlayıcısı ilə bağlanır.Bu tip
budaq cümlə dilimizdə inkişaf etmədiyindən çox az işlənir.Məs.:
Onların qılınc-tüfəngi məni o qədər qorxutmur ki, silisti, aparıb-gətirməyi canıma vəlvələ salır.(M.F.A);Özümü oldürərəm ki,onu yaman işə qoymaram.(M.F.A) II tip.Bu tip qarşlaşdırma budaq cümləsi daha çox işlənir və bağlayıcı vasitələrinə
rəngarəngdir.Əsas bağlayıcı vasitələr
nə qədər,hər nə qədər,hərçənd bağlayıcı sözləri,
-sa 2 şəkilçisi,
da (də) və
belə ədatları,
kim,nə,hara,necə,nə qədər,nə vaxt nisbi əvəzliklər və
intonasiyadır.Məs.:1.
Mən nə qədər qoca olsam da,dəyərəm min cavana.(Ü.H);Arzu,istək nə qədər gözəl olsa belə,göründüyü kimi,onların qarşısına qılınc çəkənlər də olur.(S.R); 2.
İyirmi üç yaşı olsa da,can-cüssədən uşağa oxşayırdı;Hərçənd tüstü göz açmağa qoymurdu,amma kabab iyi oturanlara ləzzət verirdi; 3.
Deyirəm,haralı olur- olsun,adam olsun.(M.İ);Kimdən soruşur-soruşsun,eyni cavabı alacaq. Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələrdəki əsas məna olan
qarşılaşdırma müxtəlif çalarlara – güzəşt:(
Rüstəm kişi bu sözləri zahirən sərt desə də,içərisində sevinc və yüngüllük hiss edirdi.(M.İ) ,ziddiyyət:(
Professor qaşlarını çatıb alnını qırışdırsa da,Samitin vecinə olmadı.(Ə.V ),müqayisə: (
İki adamın siması bir güzgüdə yerləşə bilməsə də,böyük bir xalqın mədəni siması bir rübaidə yerləşə bilər.(M.S.O ),fərqləndirici:(
İmdad qardaşım da olsa ,çürük adamdır.(Ə.V ) və şərti məna
çalarlarına:(
Hərgah işə geciksəm də,yolunuzu gözləyəcəyəm. ) malik olur.