Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə34/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   30   31   32   33   34   35   36   37   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

pedaqoji prosesin tamlığı - Azərbaycan dili fənninin təlimi zamanı 
pedaqoji prosesdə təlim məqsədləri kompleks (inkişafetdirici, öyrədici, 
tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird 
fəaliyyətini əhatə edir; 

təlimdə bərabər imkanların yaradılması – Azərbaycan dilinin hamı 
tərəfindən yüksək səviyyədə mənimsədilməsi üçün bütün şagirdlərə eyni 
təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə 
alınmaqla tənzimlənir; 



şagirdyönümlülük - şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün 
tədris və təlim işi şagirdlərin ana dilinə olan maraq və tələbatlarının ödənilməsinə, 
onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir; 

inkişafyönümlülük - şagirdlərin idrak fəallığı izlənilir, nailiyyətləri təhlil 
edilir, Azərbaycan dilində ədəbi dil normalarına əməl etməklə danışıq bacarığı və 
vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir; 

fəaliyyətin stimullaşdırılması - pedaqoji prosesin səmərəli və effektiv 
qurulması, şagirdlərin ana dilini yüksək səviyyədə mənimsəməsi və təlimə marağın 
artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və 
dəyərləndirilir, nəticə etibarı ilə şagirdlərin daha uğurlu təlim nəticələrinə 
istiqamətləndirilməsi təmin olunur; 

dəstəkləyici mühitin yaradılması – pedaqoji prosesin münasib maddi-
texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilməsi 
Azərbaycan dilinin təlimində keyfiyyətin və səmərəliliyin yüksəldilməsi üçün 
əlverişli və təhlükəsiz təlim şəraiti yaradır. 
Ayrı-ayrı fənlərin təlimində bu prinsiplərlə yanaşı, xüsusi metodik prinsiplərin 
də müəyyən olunması didaktik cəhətdən əhəmiyyətli hesab edilir. 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin